Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İş yerlərindəki bədbəxt hadisələri gizlətmək mümkün olmayacaq


İstehsalatda baş verən bədbəxt hadisələri gizlətmək artıq mümkün olmayacaq


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, “İstehsalatda baş verən bəsbəxt hadisələr barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” e-xidməti istifadəyə verilib. 

Hər bir işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin, ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal, həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən dövlət strukturuna, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verməyə borcludur. Daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada Xidmət tərəfindən komissiya yaradılır, baş vermiş bədbəxt hadisənin təhqiqatı aparılır.

“Elektron hökumət” portalı üzərindən təqdim olunan “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” e-xidməti istehsalatda baş vermiş bədbəxt hadisələr barədə işəgötürənlər tərəfindən məlumat verilməsi prosesinin elektron qaydada da həyata keçirilməsinə, bu sahədə işəgötürənlərin imkanlarının genişlənməsinə şərait yaradır.

Yeni e-xidmət əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə, habelə "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə inteqrasiya edilib. Həmçinin yeni e-xidmət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elektron imza sertifikatları verilmiş dövlət qurumları, hüquqi və fiziki şəxslər üzrə informasiya sisteminə inteqrasiya şəraitində fəaliyyət göstərəcək.

İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumat vermək üçün müvafiq müəssisənin məsul şəxsi (istifadəçi) www.e-gov.az internet ünvanına daxil olduqdan və e-imza kartı (yaxud Mobil Autentifikasiya Sertifikatı) ilə autentifikasiyadan keçdikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” e-xidmətini seçir. Bu zaman işəgötürən haqqında məlumatlar sistem tərəfindən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə inteqrasiya şəraitində avtomatik rejimdə müəyyən olunur. İstifadəçi bədbəxt hadisənin baş verdiyi tarixi, saatı və ünvanı, hadisə haqqında qısa məlumatı, onun baş vermə şəraitini, zərərçəkənlər, habelə hadisə ilə bağlı məlumat verən şəxs barədə məlumatları daxil edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar