Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşçisi Ağacan Əbiyevi məhkəməyə verdi


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyevin əmri məhkəməlik olub


PİA.AZ bildirir ki, bu barədə məhkəmədən Mia.az-a daxil olan məlumata görə, rektor akademiyanın əməkdaşı Arif Ataoğul oğlu Əliyevin işdən azad edilməsi haqda əmr imzalayıb. 

Lakin sözügedən şəxs Ağacan Əbiyevin əmrini qanunsuz və əsassız saydığından məhkəməyə müraciət edib. 

Məlumata görə, rektorun əmrinin ləğv edilməsi və işə bərpa edilməsi tələbi ilə çıxış edən Arif Əliyevin iddia ərizəsinə Nərimanov rayon Məhkəməsində baxılıb: «Lakin bu məhkəmənin qətnaməsi narazlığı daha da qızışdırdı. Təxminən 7 ay əvvəl Nərimanov Rayon Məhkəməsinin qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə şikayət verilsə də, iclasa sədrlik edən hakim Sənan Hacıyev qərarını elan etməyib. Hakim 5 ay əvvəl, daha dəqiqi, may ayının 13-də iş üzrə xəttşünaslıq ekspertizası təyin edərək, iclası qeyri-müəyyən vaxta təxirə saldı». 

Mia.az-ın məlumatına görə, ötən həftə Bakı Apellyasiya Məhkəməsində Arif Əliyevin şikayəti üzrə prosesə prosesə start verilib. Maraqlıdır ki, işə bu dəfə hakim Sənan Hacıyev deyil, hakim Tofiq Səmədovun sədrliyi ilə baxılır: "Ağacan Əbiyevin əmrinin qanunsuz və əsassiz olduğunu iddia edən Arif Əliyevin şikayəti üzrə növbəti iclas oktyabrın 2-də olacaq”. 

Onu da qeyd edək ki, xəbərlə bağlı rektorun mövqeyini öyrənə bilmədik. Daha dəqiqi, rektor Ağacan Əbiyev mövqe bildirməkdən imtina edib. 

Məhkəməni diqqətdə saxlayacağıq. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar