Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşdən çıxarılan YAP-çı infarkt keçirdi


YAP üzvü, 25 ildir Şəki Qaz Istismar Idarəsində müxtəlif vəzifələrdə işləyən Vasif Babayev “Azadlıq”a şikayət məktubu ünvanlayıb.


O, məktubunda yazır ki, hələ 36 yaşı olarkən baş direktorun müavini vəzifəsində işləyib. Şikayətçinin sözlərinə görə, idarənin rəisi Taleh Şahmuradov Əmək Məcəlləsini pozaraq, onu işdən azad edib.

“Işdən evə gələndə poçt işçisi əmr və əmək kitabçasını mənə verdi. Bu haqsızlığa dözə bilmədim, infarkt keçirdim. Qanunsuz işdən çıxarılmağımla bağlı bütün dövlət qurumlarına, deputatlara, o cümlədən ”Azəriqaz" Istehsalat Birliyinə müraciətlər ünvanlamışam. Ancaq indiyə qədər heç bir nəticəsi olmayıb. “Azəriqaz” eyni məzmunlu məktubu mənə və idarəyə göndərməklə kifayətlənib", - deyə Vasif Babayev şikayət məktubunda yazır.

Şikayətçi onu da qeyd edir ki, idarənin hazırkı rəisi Taleh Şahmuradov vaxtilə vəzifəsinin öhdəsindən gələ bilmədiyinə görə, keçmiş rəis tərəfindən 2008-ci ildə işdən azad olunmuşdu: “Müəmmalı şəkildə o, 2010-cu ildə idarənin rəisi oldu və bütün qohumlarını rəhbər vəzifələrə təyin etdi”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar