Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşğal altında olan ərazilərin qaytarılması müzakirə olunur? – Yalançı bəyanatlar, yoxsa...


Zaur Məmmədov: “Nalbandyanın bəyənatı erməni cəmiyyətini kompromissə hazırlamaq üçündür”


Ermənistanda hakim elita tərəfindən qurulan “Rusiyanın maraqlarına cavab verməyən” çıxışların da səbəbi məlum olur”.

Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov Ermənistanın xarici işlər nazirinin Dağlıq Qarabağla bağlı bəyanatını PİA.AZ-a şərh edərkən açıqlamasında qeyd edib.

Xəbər verdiyimiz kimi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrəvanda "Ermənistan-Diaspora" VI Ümumerməni Forumunda iştirakçıların suallarını cavablandırarkən qeyd edib ki, Ermənistan Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində “Qarabağ zonası üçün təhlükə yaratmayacaq” ərazilərin qaytarılmasını müzakirə edir. Həmçinin erməni nazir başqa təfərrüatlar barədə məlumat verə bilmədiyini, əks təqdirdə danışıqlar uğursuzluğa düçar ola bilməsini deyib. 

İşğalçı dövlətin xarici işlər nazirinin bu açıqlaması nəyi ifadə edə bilər? Doğurdanmı yaxın vaxtlarda işğal altında olan rayonlarımızın bir hissəsinin qaytarılması mümkündür və bunun müqabilində Azərbaycandan hansı güzəştlər tələb oluna bilər? Misal üçün Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması mümkündürmü? 

 Bu mövzu ilə bağlı PİA.AZ Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədovun fikirlərini öyrənib.



Zaur Məmmədov: “Mövcud bəyanat Dağlıq Qarabağ etrafında müzakirələrdə ermənilərin qarşısında şərtlərin qoyulmasına işarədir”.  

     
Ermənistanın xarici işlər nazirinin bəyənatını erməni cəmiyyətini kompromissə hazırlamaq kimi qiymətləndirən politoloq Zaur Məmmədov əlavə edib ki, Nalbandyan erməni xalqına mesajında  xüsusi ilə  vurğulayır ki, ola bilsin ki, Ermənistan bəzi rayonları Azərbaycana qaytarsın. Lakin bu, o rayonlar olacaq ki, sabah Dağlıq Qarabağ üçün təhlükə yaratmayacaqlar. Bununla da Ermənistan rəhbərliyi cəmiyyəti rayonların qaytarılmasına hazırlamaq istəyir:

“İllərdi ki, müzakirə predmetinin əsasını məhz ətraf rayonların boşaldılması , Dağlıq Qarabağın statusuna aydınlıq gətirilməsi tutur. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan çıxısında bildirib ki,  Dağlıq Qarabağa təhlükə törətməyən rayonlar qaytarıla bilinər. O, Ağdam, Füzuli və bir neçə rayonu nəzərdə tutub. Ermənilər LaçınKəlbəcər rayonlarını qaytarmaq istəmirlər.

Nalbandyanın bəyənatı erməni cəmiyyətini kompromissə hazırlamaq üçündür. O, erməni xalqına mesajında  xüsusi ilə  vurğulayır ki, ola bilsin ki, Ermənistan bəzi rayonları Azərbaycana qaytarsın. Lakin bu o rayonlar olacaq ki, sabah Dağlıq Qarabağ üçün təhlükə yaratmayacaqlar. Bununla cəmiyyəti rayonların qaytarılmasına hazırlamaq istəyir. Beləliklə, mövcud bəyanat Dağlıq Qarabağ etrafında müzakirələrdə ermənilərin qarşısında şərtlərin qoyulmasına işarədir. Yerəvan illərdi ki, danışıqları uzatmaq ilə məşğuldur. Elə, Ermənistanda hakim elita tərəfindən qurulan “Rusiyanın maraqlarına cavab verməyən” çıxışların da səbəbi məlum olur.

Onu da qeyd edim ki, yadınızdadırsa, rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq, Aleksandr Duqin də keçən heftə çıxışında ermənilərin rayonları qaytarmalı olduqlarını bildirmişdi”.

Qeyd edək ki, Azərbaycan sentyabrın 25-də Nyu-Yorkda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı xarici işlər nazirlərinin görüşünə razılıq verib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, görüşdən sonra həmsədrlər bəyanat verəcəklər. Zaxarova Amerikalı həmsədr Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün konkret addımlar atmağın vacibliyi fikrini şərh edərkən deyib ki, münaqişənin həlli Rusiyanın da xarici siyasətinin prioritetlərindən biridir. Ermənistan xarici işlər nazirinin isə bu bəynatının nə qədər real olub-olmadığı bu görüşdən sonra birgə veriləcək bəyanatda bilinəcək.

Nərminə UMUDLU
pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar