Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İslamın övladı, dünyanın sahibləndiyi Mövlana


Xoşgörü abidəsi, ustad Mövlana Cəlaləddin Ruminin ölümündən 740 il keçir


İslam və təsəvvüf dünyasında tanınmış şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin tanınmış nümayəndəsi Mövlanə Cəlaləddin Rumi 1207-ci ildə sentyabrın 30-da indiki Əfqanıstanın Bəlx şəhərində anadan olub.

Mövlana Cəlaləddinə Rumi adı "Diyari Rum"adlandırılan Anadoluda yaşadığı üçün, "Əfəndimiz" mənasına gələn Mövlana isə özünə qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilib. Rumi o dövrün İslam mədəniyyəti mərkəzlərindən biri sayılan Bəlx qəsəbəsində müəllimlik edən və Sultan-ül Üləma (alimlər sultanı) ləqəbi ilə tanınan Bəhaəddin Vələdin oğlu idi. Bəhaəddin Vələd 1214-1217-ci illər arasında ailəsi ilə birgə Anadoluya köçür. Bütün ömrünü o vaxt Səlcuqların paytaxtı olan Konya şəhərində keçirir, orada da dəfn edilir. Atası Bəhaəddin Vələdin ölümündən bir il sonra, 1232-ci ildə Konyaya gələn Seyyid Bürhanəddin Mövlananın tərbiyəsi ilə məşğul olub. Mövlana doqquz il ona xidmət edib.

Rumi 38 yaşında olarkən 60 yaşlı İslam piri, dərviş Şəmsəddin (Şəms) Təbrizi ilə tanış olur. Bu tanışlıq Cəlaləddinin dünyagörüşünə dərin təsir göstərir, onun fikir dünyasını kökündən dəyişdirir. Şəmsə qeyri-adi bir məhəbbətlə bağlanmış Cəlaləddin onu tanrı səviyyəsində ilahiləşdirir. Bir gün Şəms sirli şəkildə qeyb olarkən, Cəlaləddin sarsılmış və müəlliminə olan məhəbbətini, onun itməsindən doğan kədər və həsrətini bədii əsərlərində – məsnəvilərdə, rübai və qəzəllərində ifadə edib. Nizami, Xaqani kimi türk oğlu olan Rumi şeirlərini fars dilində yazıb. Türk dilində yalnız bir neçə şeiri və farsca-türkcə müxəmməsi qalıb. 1273-cü ildə dekabrın 17-sində 66 yaşında vəfat edib.
Mövlananın anadan olmasının 800 illiyi münasibətilə 2007-ci il YUNESKO tərəfindən Dünya Mövlana İli elan edilib.

Mevlanadan insanlığa nəsihət:

Gəl-gəl, nə olursan ol yenə gəl,
İstər kafir, istər məcusi,
İstər bütə inan yenə gəl,
Bizim dərgahımız ümidsizlik dərgahı deyil,
Yüz dəfə tövbəni pozsan da yenə gəl,
Bu torpağa sevgidən başqa bir toxum əkmərik,
Bu tərtəmiz tarlaya sevgidən başqa bir toxum əkmərik biz
Bəri gəl bəri! Daha da bəri! Niyə bu yol ayrımı?
Sən mənsənsə, mən də sənəm nəyə lazım bu sənlik bənlik
Ölümdən sonra məzarınızı yerdə axtarmayın!
Bizim məzarəməz arıflərin könüllərindədir.(simsar.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar