Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsmayıllıda qızıl mağazası qarət olundu



İsmayıllı rayonunda qızıl mağazasından oğurluq olub


APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün  saat 10:30 radələrində İsmayıllı şəhərində, sahibkar Murad Adıgözəlova məxsus qızıl və cehizlik əşyalar, kosmetika mağazasında baş verib. Oğurluq hadisəsi baş verən zaman Murad Adıgözəlov və satıcı Pərvanə Daşdiyeva mağazada olub.  Onlar APA-ya bildirib ki, naməlum şəxs əvvəlcə mağazaya daxil olaraq onlardan qızıl əşyaların qiymətini soruşub, sonra nişan mərasiminə gedəcəyini bildirərək kosmetika səbətinin və gül buketinin hazırlanmasını istəyib. 

Satıcı Pərvanə Daşdıyeva mağazaya çantada yeni gətirdiyi qızıl əşyaları müştəriyə göstərib və vitrinə düzməyərək qızıl çantasını piştaxtanın altına qoyub. Mağaza sahibi Murad Adıgözəlov və satıcının başının kosmetika səbətinin və gül buketinin hazırlanmasına qarışmasından istifadə edən müştəri qəflətən qızıl əşyalar olan çantanı götürüb və yaxınlıqdakı dərzi sexinə gedərək qayıdacağını bildirib.
 
Bir müddət sonra qızılların oğurlandığını başa düşən mağaza sahibi  İsmayıllı rayon Polis Şöbəsinə müraciət edib. Mağaza sahibi həmin naməlum şəxsin 8 mart günü ondan 150 manatlıq qızıl əşya aldığını bildirib. Murad Adıgözəlovun sözlərinə görə, təxminən 45 yaşı olan və özünü Gəncə sakini kimi təqdim edən həmin şəxs mağazadan 65 ədəd brilyant qaşlı qızıl üzük, 30-a yaxın brilyant və adi qaşı olan sırğa, bilərzik, 3 ədəd qızıl toy dəsti, 2 ədəd çəkisi 30 qram olan qızıl boyunbağı, qızıl saatlar və digər əşyalar oğurlayıb. Mağaza sahibinə ümumilikdə 50 min manata yaxın maddi ziyan dəyib. 

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar