Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsmayıllıda topraq sürüşməsi baş verib


Yaşayış evinin uçmaq təhlükəsi yaranıb


İntensiv yağan yağışlar İsmayıllı rayonunun Diyallı və Sədiyan kəndlərində baş verən torpaq sürüşməsi nəticəsində yaşayış məntəqələrində təhlükəli vəziyyət yaradıb.

Təxminən 1 həftədir başlayan sürüşmə son iki gündə daha da aktivləşib. Ümumilikdə 320 nəfər sakini olan Sədiyan kəndində 5 ev, Diyallı kəndində isə 70-ə yaxın ev sürüşmənin aktiv olduğu ərazidə yerləşir. Bəzi evlərin divarlarında xırda çatlar əmələ gəlib.

Sürüşmə nəticəsində Sədiyan kəndində dərinliyi 1,5 metr, eni 3 metr olmaqla təxminən 300 metr uzunluğunda yarğan əmələ gəlib. Yaranan yarğan kənd sakini Əliyev Ağalı Nadir oğlunun həyətyanı sahəsinə doğru hərəkət edərək təsərrüfat tikilisinə böyük ziyan vurub, onun yaşadığı mənzil isə uçmaq təhlükəsi qarşısında qalıb, mənzildə çatlar əmələ gəlib. 

İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, əraziyə aidiyyatı orqanlar tərəfindən baxış keçirilib və hələ ki, 1 evin sakinlərinin təxliyə olunmasına qərar verilib. Sürüşmə sahəsi genişlənərsə və başqa sakinlərin mənzillərinə də ziyan dəyərsə, dərhal evlərin boşaldılmasına və ailələrin təhlükəsiz əraziyə köçürülməsinə qərar veriləcək.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar