Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail müdafiə nazirinin Bakıya sürpriz səfəri


Yalonun gəlişi son anadək gizli saxlanılıb


Bu gün İsrail müdafiə naziri Moşe Yalon Bakıya sürpriz və tarixi səfər edib. 

Ona görə sürpriz ki, yəhudi dövlətinin müdafiə nazirinin Bakıya səfəri barədə məlumatın yayılmasına ancaq onun təyyarəsinin Azərbaycan paytaxtında yerə enməsindən sonra icazə verilib.

Virtualaz.org xəbər verir ki, bu barədə “The Times of İsrael” qəzetinin Moşe Yalonu müşayiət edən əməkdaşı yazıb. İlk dəfədir ki, İsrail müdafiə naziri Azərbaycana səfər edir və bu baxımdan Moşe Yalonun səfəri tarixi əhəmiyyət kəsb edir.

Azərbaycan tərəfinin yaydığı rəsmi məlumatda isə deyilir ki, prezident İlham Əliyev Bakıda sabah işə başlayacaq ADEX-2014 müdafiə sərgisində iştirak edən İsrail nümayəndə heyətinin rəhbəri Moşe Yalonu qəbul edib. Görüşdə İsraillə Azərbaycan arasında hərbi tərəfdaşlıq məsələləri müzakirə edilib.

“Mən Azərbaycana tarixi səfər edən ilk İsrail müdafiə naziri olaraq çox şadam. Bizim ikitərəfli münasibətlərimiz çox məhsuldardır və ölkələrimiz arasında strateji tərəfdaşlıq inkişaf edir” - deyə Moşe Yalon qəbulda bildirib.

İsrail müdafiə nazirinin Bakıya səfəri iki gün davam edəcək. Onun Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənovla, habelə digər rəsmi şəxslərlə görüşləri də planlaşdırılıb.

İsrail ADEX-2014 sərgisində 14 şirkətlə iştirak edir. Qeyd edək ki, İsrail Azərbaycana silah satan əsas ölkələrdən biridir. Son illərdə Azərbaycan bu ölkədən milyardlarla dollarlıq müasir silah sistemləri alıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar