Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail snayperi Azərbaycan neftini Balkanlara necə daşıdı?


İsrail snayperi “Mossad” direktoru ilə birgə Azərbaycan neftini Balkanlara necə daşıdı...


“Forbes” jurnalının rus versiyası Moskvadakı “FMF Capital” investisiya fondunun icraçı direktoru Andrey Yaşunskinin biznesdə necə yüksəldiyinə dair məqalə dərc edib.

Jurnal Yaşunskinin biznes karyerasındakı sıçrayışda Azərbaycan neftinin də rolunun olduğunu yazır.

Andrey Yaşunski Murmanskda anadan olub, yəhudidir, 90-cı illərin əvvəllərində İsrailə mühacirət edib və İsrail ordusunun xüsusi təyinatlı dəstəsində snayper kimi xidmət keçib.

Özünün dediyi kimi, 2001-ci ilin noyabrında onun xidmət etdiyi dəstəni Təl-Əviv yaxınlığında Fələstin ərazilərinə terrorçuluqda şübhəli şəxsi yaxalamağa göndəriblər. Yaşunski 6 saat boyunca leysan yağışın altında və qarşı tərəfin arası kəsilməyən atəşləri altında gözləməli olub, güllələr onun sığındığı divardan kərpicləri qoparıb salırmış.

“Tankları da köməyə çağıra bilmirdik, çünki dar küçədə tankı asanlıqla hədəfə ala bilərdilər. Nəhayət, terrorçuların sığındığı binaya məktub atdıq. Orada xəbərdarlıq edilirdi ki, əgər terrorçu və onun köməyə çağırdığı adamlar təslim olmasa, bina sahibləri ilə birlikdə partladılacaq”- deyə Yaşunski xatırlayır.

Bu xəbərdarlıqdan sonra terrorçu təslim olub, qalanları təslim olmaqdan imtina edib. Yaşunski və yoldaşları təslim olan terrorçunu kanalizasiya borusu ilə 800 metr məsafədə çiyinlərində daşıyıblar.

İndi isə o, Rusiyada 100 milyon dollarlıq kapitalı idarə edir. Onun maliyyə biznesinə girməsinin tarixçəsi sadədir. İsraildə keçmiş hərbçilər xüsusi etimada malikdir və tez-tez biznesə girib uğur əldə edirlər.

Yaşunski də xüsusi təyinatlı dəstədən ayrılandan sonra menecment və iqtisadiyyat üzrə universitet təhsili alıb. 2000-ci illərin ortalarında startaplar bumunda iştirak edib, yeni yaranan şirkətlərə investisiya fondlarını cəlb edərək bir neçə uğurlu sövdələşmə bağlayıb.

“Forbes” yazır ki, Yaşunski ən iri balığı 2008-ci ildə tutub. Onun müştərisi İsrailin “All Energy Holding” neft-qaz şirkəti olub. Şirkətin sahibləri Rusiya əsilli yəhudilərdir. Səhmdarlarından biri isə “Mossad”ın keçmiş direktorudur.

Şirkətə Azərbaycan neftinin Balkanlara daşınması üzrə ciddi sövdələşmə bağlamaq lazım idi və Yaşunski bu sövdələşmə üçün Britaniyanın “Jendens Securities” şirkətinin köməyinə müraciət edib.

Sonradan bu şirkətlə Yaşunski arasında işgüzar münasibətlər dərinləşib, onlar Andreyə Londonda iş təklif ediblər.

Yaşunski deyir ki, “Jendens Securities” şirkətində işləyəndə İsraildən Rusiya əsilli 7 multimilyonçunu da ora cəlb edb. 2008-ci ildə bu şirkətdə problemlər yaranıb və Yaşunski İsrail prezidenti Şimon Peresə yaxın olan “Myrtus Capital” şirkətinə işə keçib. Bu şirkətin Rusiyanın “Rosnano” şirkəti ilə ortaq layihəsi olub və Yaşunski yenidən Rusiyaya qayıdıb. Bu dəfə İsrail şirkətinin təmsilçisi kimi. Sonradan isə öz şirkətini yaradıb.

Virtualaz.org saytı araşdırıb ki, “All Energy” şirkətinin sahibləri Rusiya əsilli yəhudi biznesmenlər Aleksandr Qorşkov və Vladimir Polevoydur. Qorşkov şirkətin səhmlərinin 50, Polevoy isə 46 faizinə nəzarət edir.

“Mossad”ın keçmiş direktoru, İsrail parlamentinin keçmiş deputatı Dani Yatom isə “All Energy” şirkətin səhmlərinin 3 faizinə sahibdir. Dani Yatoma bu səhmlər onun keçmiş “Mossad” direktoru kimi əlaqələrindən istifadə etməklə şirkətin biznesini inkişaf etdirmək üçün verilib.

Məsələn, 2009-cu ildə Çinin “Sinopec” şirkəti ilə “All Energy” arasında İsrail bazarında birgə energetika layihələrinə dair danışıqları məhz Dani Yatom aparırdı.

“All Energy” şirkətinin Azərbaycan neftinin alqı-satqısında iştirakına dair daha ətraflı məlumatlar yoxdur. Ancaq qeyd etmək lazımdır ki, İsrail Azərbaycan neftinin əsas alıcılarından biridir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar