Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsraildə Rəşid Behbudovun anadan olmasının 100 illiyi qeyd ediləcək


2015-ci il dekabrın ortalarında İsrailin Netanya şəhərindəki mədəniyyət evində məşhur Azərbaycan müğənnisi, SSRİ Xalq Artisti, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli tədbir keçiriləcək


“Odlar yurdu” İsrail-Azərbaycan teatr truppasının bədii rəhbəri Səadət Şükürova bildirib ki, bir il bundan əvvəl yaradılmış teatr truppası böyük müğənni Rəşid Behbudova həsr edilmiş tədbiri israilli tamaşaçılara təqdim etməyi özünə şərəf bilir.

Səadət Şükürova deyib: “Rəşid Behbudov sözün həqiqi mənasında dünyada Azərbaycanın brendidir. Rəşid Behbudov Bolqarıstanda, Macarıstanda, İtaliyada, Hindistanda, Çində, Suriyada, Türkiyədə, Misirdə, İordaniyada, İranda, İraqda, Finlandiyada, Polşada və Latın Amerikası ölkələrində qastrol səfərlərində olub. Bütün bu ölkələrdə Rəşid Behbudov konsertlərini “Azərbaycan” mahnısı ilə başlayır və bu mahnı ilə başa çatdırırdı.

Bu böyük Azərbaycan müğənnisi bənzərsiz və əlçatmaz sənətkar kimi yaşadı. Həqiqi artistizm, lirizm, Tanrı vergisi olan bənzərsiz səsinə görə Rəşid Behbudovun tayı-bərabəri yox idi. Rəşid Behbudov şöhrətin zirvəsində ikən qəflətən və gözlənilmədən dünyasını dəyişdi, onu sevənlərin qəlbində əsl vətənpərvər kimi qaldı. Məhz bu səbəbdən bizim İsrail-Azərbaycan truppası Rəşid Behbudova həsr edilmiş bayram gecəsi keçirməyi özünə borc və şərəf bilir”.

“Odlar yurdu” İsrail-Azərbaycan teatr truppasının bədii rəhbəri deyib: “Mən böyük müğənninin canlı ifasını dinləyən insanlar arasında olmuşam və bunu heç vaxt unutmaram! Ona görə ki, həyatım boyu ona bərabər müğənni görməmişəm və artıq görməyəcəyəm. Böyük müğənni Rəşid Behbudov sənətsevərlərin xatirəsində əbədi yaşayacaq. O, həmişəlik birinci olacaq. Doğrudan da o gedəndən sonra sanki kainat boş qalıb...”.

Rejissor Səadət Şükürova sonda qeyd edib ki, təntənəli yubiley gecəsi bu il dekabrın 19-da İsrailin Netanya şəhərindəki mədəniyyət evində (Geyxal Tarbut) keçiriləcək.(AzərTac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar