Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsraildəki “Avroviziya”ya dörd şəhər namizəddir

2019-cu ilin may ayında İsraildə keçiriləcək “Avroviziya” mahnı müsabiqəsinə ilkin maraq göstərən ölkələrin sayı 18-ə çatıb


Novator.az bildirir ki, iyunun 21-dək Almaniya, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İspaniya, İsveç, İsveçrə, Kipr, Malta, Norveç, Polşa, San Marino, Serbiya, Ukrayna “Avroviziya 2019”da iştiraka hazır olduqlarını açıqlayıblar.

İctimai teleradioları cəmləşdirən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” yarışının qaydaları qalibə növbəti müsabiqəni təşkil etmək hüququ verir. Portuqaliyanın paytaxtı Lissabonun ev sahibliyi etdiyi “Avroviziya 2018”də israilli müğənni Netta Barzilay qələbə çalıb.

İsrail hökuməti “Avroviziya 2019” üçün dörd şəhəri namizəd göstərib: Yerusəlim, Tel-Əviv, Hayfa, Eylat. Son qərar sentyabr ayında veriləcək.

Yerusəlim (Qüds) işğal olunmuş şəhər sayıldığı üçün müsabiqənin orada keçirilməsi kütləvi boykota səbəb ola bilər. Çox ölkənin gözləmə mövqeyi tutması da bununla bağlıdır.

Azərbaycan “Avroviziya” musiqi yarışına 2008-ci ildən qatılır. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü, 2010-cu ildə Səfurə Əlizadə 5-ci, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci, 2012-ci ildə Səbinə Babayeva 4-cü, 2013-cü ildə Fərid Məmmədov 2-ci, 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016-cı ildə Səmra Rəhimli 17-ci, 2017-ci ildə Diana Hacıyeva 14-cü yeri tutub.

“Avroviziya 2018”də təmsilçi Aysel Məmmədova yarımfinalda ələnib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar