Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstanbula köçən azərbaycanlılar



Son üç ildə Türkiyəyə Azərbaycandan investorların axını başlayıb


Türkiyənin mənzil bazarı azərbaycanlıların maraq dairəsindədir. Doğrudur, azərbaycanlılar İstanbulda ev sahibi olan əcnəbilər arasında ilk yeri tutmur. Amma nəzərə alsaq ki, bizi qabaqlayan xalqların sayı qat-qat çoxdur. Onda Azərbaycandan Türkiyədə ev almaq üçün böyük axın olduğu üzə çıxar. Hətta nisbət nəzərə alınarsa, azərbaycanlılar bu siyahıya liderlik də edər. Bunun səbələri isə sadədir.

ANS TV-nin İstanbul bürosunun məlumatına görə, Türkiyədə xarici vətəndaşların daşınmaz əmlaka sahıb olması ilə bağlı qanunun yüngülləşdirilməsi bu ölkədə torpaq və ev alan digər əcnəbilər kimi azərbaycanlıların da sayının artmasına səbəb olub. 

Hazırda Türkiyədə mülk sahibi olan xarici vətəndaşlar arasında birinciliyi ərəblər tutur. Daha sonra Almaniya, İngiltərə və Rusiya vətəndaşları gəlir. Həmvətənlərimiz isə bu sıralamada 5-ci yerdədir. Ötən ilin rəqəmlərinə görə Türkiyədə minə qədər Azərbaycan vətəndaşının evi var. Azərbaycanlılar daha çox İstanbulda və Antalya, Bodrum kimi turist şəhərlərində villalara üstünlük vermələri ilə diqqət çəkir.

“Son üç ildə Türkiyəyə Azərbaycandan investorların axını başlayıb. Azərbaycanlılar Türkiyə iqtisadiyyatının mövcud durumunu gördükləri üçün bura axın edirlər. Amma onların sayı Küveytdən, Qətərdən və Dubaydan gələnlər qədər deyil, yeni-yeni başlayıblar. Gələcək illərdə azərbaycanlıların Türkiyə iqtisadiyyatına investisiya qoyacaqlar” – deyə inşaat şirkətinin satış direktoru İrfan İlək bildirib.

Statistik rəqəmlərə görə, ərəblərdən sonra Azərbaycan vətədaşları Türkiyədə ən bahalı mülklərə sahibdirlər. Son üç il ərzində həmyerlilərimizin bəziləri Türkiyədə yaşamaq məqsədilə bəziləri xaricdə yatırımlarının olması üçün, digər bir qismi isə ipoteka şərtlərinin daha asan olması səbəbindən bu ölkədə ev alırlar.

“Bu yaxınlarda yeni bir qanun çıxdı ki, istənilən əcnəbi bir vətəndaşın öz şəxsi evi ola bilər. Məhz biz də bu qanundan yararlanaraq özümüzə buradan bir ev aldıq. Artıq yeni aldığımız evdə yaşayırıq” – deyə Azərbaycan vətəndaşı Sərxan Səmədov dedi.

“2013-cü ilin fevralına qədər Türkiyədə ev almaq bir az çətin idi. Amma yeni qanuna görə, indi Türkiyədə ev almaq asanlaşdı. Hazırda yeni qanuna görə. öz adına buradan ev ala bilirsən. Amma bundan öncə bunu etmək mümkün deyildi” – deyə Azərbaycan vətəndaşı Əsgər Hacızadə bildirdi.

Türkiyə Azərbaycan da daxil olmaqla 180-ə qədər xarici ölkə vətəndaşına cüzi məhdudiyyətlərlə hər cür daşınmaz əmlak əldə etməyə imkan verir. 

Eyni zamanda ev alan əcnəbilər burda bir illik yaşama icazəsi qazanmış olur. Bütün bunlar isə Türkiyəni mülk sahibi olmaq istəyənlər üçün cəzbedici ölkəyə çevirir.

<iframe width="640" height="405" src="https://www.youtube.com/embed/ep4f-IvRzBM" frameborder="0" allowfullscreen></iframe>

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar