Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstanbulda erməni vandalizminə qarşı tədbir keçirilib


Torpaqlarımızın 20 fazini işğal edən Ermənistan on illər boyu tarixi abidələrimizi dağıdaraq, maddi və mədəniyyət nümunələrimizi mənimsəyir


Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobud surətdə pozaraq, mütəmadi şəkildə Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.

Məhz bu problemi dünya ictimayyətinin diqqətinə çatdırmaq üçün “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın İşğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin xarici ölkələrdə təbliği” layihəsi çərçivəsində 20-25 may 2016-cı il tarixində İstanbulda 4 müxtəlif  məkanda silsilə tədbirlər həyata keçirmişdir.  

Tədbirlərdə  “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri, layihənin rəhbəri İradə Nəsirova, İnnovativ İdeyalar İnsitutunun direktoru, tarixçi-ekspert Ramil Süleymanov, “Azərbaycan Aydınlar Ocağı” İctimai Birliyinin sədri Vuqar Qədirov, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Qaçqın, köçkün, əlil və veteranların məsələləri" qrupunun üzvü Emin Həsənli,  fəal gənclər Könül Məmmədova, Elnar Novruzova da iştirak ediblər.  
Tədbirdə İstanbul Anadolu Aydınlar ocağının basqanı, professor İbrahim Öztək, professor Necmi bəy, Sakarya Universtetinin  professoru Mustafa Cerrahoglu, Tarix muzeyinin dierktoru Qara Bekirqızı Timsal xanım, İzmit TADEF-in nümayəndəsi İlhan İşbaşı və digər dəyərli qonaqlar da iştirak ediblər. 

Erməni işğalçıları tərəfindən  Azərbaycana vurulan ziyan haqqında İradə Nəsirova ətraflı məlumat verib. İradə xanımın çıxışından sonra Azərbaycanın tarixi abidələrinə qarşı erməni vandalizmini əks etdirən film nümayiş olunub. Vuqar Qədirov, Ramil Süleymanov, Emin Həsənli də çıxış edərək, ermənilərin Azərbaycan torpaqlarında apardığı vandalizm siyasəti haqqqında ətraflı məlumat veriblər. 
 
Qarabəkir Kazım paşanın qızı Timsal xanım çıxış edərək, Türkiyənin hər zaman Azərbaycana dəstək olduğnu bildirib və ermənilərin keçmişi haqqında olduqca maraqlı tarixi faktlar barədə məlumat verib. Erməni vandalizmini özündə əks etdirən  təlim materialları da qonaqlara və tədbir iştirakçılarına paylanıb. 
 
Bu layihə 3 ay müddətində Türkiyə və Gürcüstanın ayrı-ayrı bölgələrində davam etdiriləcək. Layihə çərçivəsində növbəti tədbirlər Gürcüstanda keçiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar