Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstanbulun Atatürk Hava Limanında terakt: 50 ölü, 106 yaralı


İstanbulun Atatürk aeroportunda törədilən partlayışlar nəticəsində ölənlərin sayı 50-çatır, 106 nəfər isə yaralanıb


Bu barədə "Assoşieyted Press" yerli yüksək vəzifəli türkiyəli məmura istinadən məlumat yayıb.

Bundan əvvəl İstanbul valisi hadisə nəticəsində 28 nəfərin həlak olduğunu, 60 nəfərin yaralandığını bildirmişdi.

*   *   *01:22

Türkiyənin rəsmi Anadolu Agentliyi İstanbulun Atatürk Hava Limanında baş vermiş terror hadisəsi zamanı 6-sı ağır olmaqla 60 yaralı olduğunu bildirib. Yaralılar patlayışdan sonra əraziyə cəlb edilmiş 49 təcili tibbi yardım maşını ilə xəstəxanalara daşınıb.

İstanbul valisi terror nəticəsində 28 nəfərin həlak olduğunu açıqlayıb.

*   *   *00:22

Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında baş vermiş güclü partlayış nəticəsində 10 nəfər dünyasını dəyişib.

Hadisə zamanı 40-dan çox adamın yaralandığı bildirilir.

Partlayış hadisəsinin terror aktı olduğu üzə çıxıb.

"Reuters"in xəbərinə görə, hava limanında iki nəfər özünü partladıb.

Ədliyyə naziri Bəkir Bozdağ isə bildirib ki, terrorçulardan biri əvvəlcə ətrafdakılara atəş açıb, sonra özünü partladıb.

*   *   *23:43

Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında iki partlayış hadisəsi baş verib.

Bu barədə NTV telekanalı məlumat yayıb.

Telekanalın yaydığı məlumata görə, hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Partlayışlar beynəlxalq uçuş terminalında baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, 4 silahlı şəxs partlayışlardan sonra ərazidən qaçaraq uzaqlaşıb. Hava limanına çoxlu sayda təcili tibbi yardım maşını, polis və yanğınsöndürən göndərilib.

Hava limanının bütün giriş və çıxışlar bağlanıb.

Hadisənin terror aktı olduğu bildirilir.

Baş nazir Binəli Yıldırım aeroportda baş vermiş partlayışla bağlı DİN rəhbəri Əfqan Ala və İstanbul valisi Vasip Şahinlə telefon əlaqəsi qurub. Binəli Yıldırım həmçinin hadisə ilə bağlı böhran qrupunun yaradılmasına dair göstəriş verib. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar