Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstehsalat rəisi həbs edildi


Qaradağ Metal Konstruksiya zavodundakı faciə ilə əlaqədar istehsalat rəisi həbs edilib


İyulun 18-də bir fəhlənin ölümü, birinin ağır yaralanması ilə nəticələnən faciə ilə əlaqədar artıq cinayət işi başlanıb.
 
Bakı Şəhər Prokurorluğunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Günel Məmmədova Axar.az-a açıqlamasında faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2 maddəsi ilə cinayət işi başlanıldığını bildirdi:
 
“İş üzrə Yusifov Hafiz Məhərrəm oğlu tutularaq istintaqa cəlb olunub. Barəsində Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.
 
Qeyd edək ki, iyul ayının 18-də Qaradağ Metal Konstruksiya zavodunda faciəvi hadisə baş vermişdi. İki nəfər fəhlə tikinti maşınının səbətində zavodun havalandırma sistemini tənzimləyən zaman maşın işə salınmış və yerindən tərpənmişdi. Bu zaman müvazinətini saxlaya bilməyən hər iki fəhlə səbətdən yıxılmışdı. Fəhlələrdən biri hadisə yerindəcə keçinmişdi, digəri isə ağır vəziyyətdə xəstəxanaya aparılmışdı.(axar.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Ən çox oxunanalar