Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstehsalatda bədbəxt hadisələr zamanı ölənlərin sayı artıb


Azərbaycanda bu il istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ölüm hallarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb


Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin tədqiqi sektorunun müdiri İlqar Məmmədov bildirib.

Onun sözlərinə görə, bu il iyulun 1-dək olan məlumata əsasən, istehsalatda bədbəxt hadisə zamanı 106 nəfər xəsarət alıb, 57 nəfər dünyasını dəyişib. Bədbəxt hadisələrin 5-i qrup halında baş verib.

Ötən ilin müvafiq dövründə isə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində 20 nəfər ölüb, 46 nəfər xəsarət alıb, qrup halında isə hadisə baş verməyib: “Həmişə olduğu kimi bədbəxt hadisələr tikinti, mədənçıxarma sənayesi, emal sənayesində, enerji, nəqliyyat sektorunda və s. qeydə alınır. Hadisələrin baş verməsinin əsas səbəbləri hündürlükdən yıxılma, elektrik cərəyanı ilə təmas, sürüşmə-büdrəmə, zərbə və s. ilə bağlıdır. Yol-nəqliyyat hadisələrinin də sayı az deyil”.

İ.Məmmədov qeyd edib ki, istehsalatda təhlükəsizlik qaydalarına əməl edilmə ilə bağlı çatışmazlıqlar bu gün də mövcuddur: “Hələ də elə müəssisə və təşkilatlarımız var ki, orada işçilər fərdi mühafizə vasitələri ilə təmin olunmayıblar. Yenə də bəzi müəssisələrdə texniki təhlükəsizlik qaydalarına riayət olunmur, işçilər təlimatlandırılmır. Belə sahələr hələ də mövcuddur. Ona görə də baş vermiş bədbəxt hadisələrdə xəsarət alan vətəndaşların ərizələrinin araşdırılması zamanı müəssisələrdə apardığımız nəzarət tədbirlərində biz icrası məcburi olan göstərişlər veririk ki, bu çatışmazlıqlar aradan qaldırılsın. Kimisi ona riayət edir, kimisi yox. Riayət etməyənlərə qarşı tərəfimizdən İnzibati Xətalar Məcəlləsi əsasında cərimə sanksiyaları tətbiq olunur”.

Xatırladaq ki, bu gün “Baku Steel Company” zavodunda partlayış baş verib. Hadisə ilə bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsini 162.1-ci (Əmək mühafizəsi qaydalarını pozma - texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa) maddəsi ilə cinayət işi başlanıb. (trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar