Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsveçrə bankı Gülnarə Kərimovanın pullarını “yumaq”da ittiham olunur


İsveçrənin “Lombard Odier” bankı Özbəkistandan göndərilən çirkli pulların yuyulmasında şübhəli bilinir


 İsveçrənin Federal prokurorluğu faktla bağlı cinayət işi açıldığını bəyan edib. Söhbət keçmiş Özbəkistan prezidenti İslam Karimovun böyük qızı Gulnara Karimovaya məxsus pullardan gedir.Hələlik neçə nəfərin bu əməliyyata cəlb olunduğu bəlli deyil. İsveçrə prokurorluğu bu cinayət işi barədə rəsmi qaydada fevralın 23-də açıqlama verib.


PİA.AZ “Reuters” agentliyininə istinadən məlumatına görə, Cenevrədə yerləşən “Lombard Odier” bankı 1796-cı ildə yaradılıb.Bank rəhbərliyi 2012-ci ildə banka qanunsuz pul köçürülməsindən şübhələndiyinə görə, pulyuma əməliyyatlarını araşdıran xüsusi orqanlara müraciət edib və bir neçə ildir ki, araşdırma aparılır.

“Reuters” yazır ki, bankın mətbuat xidməti Özbəkistandan qanunsuz pul köçürülməsi ilə bağlı bir neçə ildir ki, istintaq aparılmasını təsdiqləyib və bankın hüquq-mühavizə orqanları ilə tam əməkdaşlıq etdiyini bildirib.

Qeyd edək ki, İsveçrənin Baş Prokurorluğu eyni məsələ ilə bağlı 2013-cü ildən Gulnara Karimovaya qarşı cinayət işi açıb. ABŞ-ın “Wall Street Journal” qəzetinin yazdığına görə, İsveçrə prokurorluğunun əməkdaşları 2016-cı il dekabrın 9-10-da hakimiyyətin təyin etdiyi vəkil Qrequar Manjeaanın (Grégoire Mangeat) iştirakı ilə Karimovanı sorğu-sual edib.Daşkəntdə keçirilən proses ümumilikdə 23 saat sürüb. İsveçrə 2012-ci ilin yayında Gulnara Karimovaya məxsus 800 milyon dollarlıq bank hesablarını dondurduqdan sonra bu, prokurorluq əməkdaşlarının onunla ilk görüşüdür. Hələ atasının prezidentliyi dövründən ev dustağı olan Gulnara Karimova hazırda eyni şəraitdə saxlanır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar