Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtaətkar Çipollino...

Məktəb illərimizdə direktorumuz danışmışdı: 1920-ci illərdə “Leyli və Məcnun” tamaşasının sonluğu tamam fərqli oynanarmış


Tamaşa bitəndən sonra “dirilən” baş qəhrəmanlar yenidən səhnəyə qayıdar, inqilabi şüarlar səsləndirər, tamaşaçılar da əl çalarmış.

Mesaj tamamilə aydındı - İnqilab aşiqləri məhv yox, xoşbəxt edir.

İndi də sonluqlar dəyişdirilir. Və yenə də aydın mesajlar verilir.

Aylar əvvəl əfsanəvi “Taqanka”da məşhur “Çipollino” səhnələşdirilir. Kommunist Canni Rodarinin inqilabçı obrazları ilə böyümüş valideynlər uşaqlarını tamaşaya gətirirlər. Hər şey qaydasındadır, hadisələr Rodarinin yazdığı süjetlə gedir. Yəni, şahzadə Limon meyvə-tərəvəz xalqını vergilərlə boğur, etiraz edənləri türməyə salır, soğan oğlan Çipollino isə sinyor Pomidora kələk gəlir və dostları Balqabaq, Armud, Kaktusla birlikdə sosial bərabərlik uğrunda mübarizə aparır. Bir sözlə, inqilabı təbliğ edən əsərin süjetindən kənaraçıxmalar yoxdur.

Ancaq sonluq diametral fərqlidir. Sonda Çipollino və dostları şahzadə Limonu devirmir, əksinə, ona itaətə keçir və təzim edirlər. Öz qəddarlığına peşman olan Limon isə vergiləri azaldır.

Bu cür final valideynləri hiddətləndirir, tamaşanın rejissoru isə heç bir siyasi məqsəd güdmədiyini bildirir və əlavə edir - o, sonluğu dəyişərkən “daxili məslək”ini əsas tutur. Demə, o, hər cür inqilabın əleyhinədir və istəmir ki, azyaşlılar da sosial kataklizmlərə maraq göstərsinlər. Axı, inqilab həmişə qandır, sarsıntılardır, bölünmələrdir. Yaxşısı o olar ki, antaqonist qütblər dinc yanaşı yaşamağı seçsin və barışmağı bacarsınlar. Yəni, Çipollino da, Limon da ziddiyyətlərdən yuxarıda dayanmalıdır. Əgər Çipollino Limona təzim etsə, nəhayətdə Limon da yumşalacaq və “humanist” olacaq. Bu da bütün siyasi qarşıdurmaların həlli resepti.

Bir sözlə, limonlar heç də pis deyillər. Onlar təbəələrini ona görə əzirlər ki, bu təbəələr avtoritetə tabe olmaq istəmirlər. Bəndələr itaətkar olsa, zalımlar da nəcibləşəcək.

***

Yuxarıdakı iki misal hələ 1930-cu illərdə məşhur Sol sosioloq, filosof və yazıçı Valter Benyaminin yazdığı dilemmanın əyani illüstrasiyasıdır. Benyaminə görə, faşizm (və istənilən totalitarizm) siyasəti estetikləşdirir. Yəni, öz siyasi kurs və məqsədlərinə mədəniyyət və incəsənəti təhrif etməklə, manipulyasiya alətinə çevirməklə bəraət qazandırmağa çalışır. Kommunistlər isə, əksinə, incəsənəti siyasiləşdirirlər. Yəni, klassik dəyərləri, mənəviyyat və əxlaq qaydalarını, maarifçiliyi siyasətlərində populyarlaşdırmaqla təbliğ edirlər.

Əlbəttə, birincisi (faşistlərin etdiyi) pis və qorxuludur. İkincisi (kommunistlərin etdiyi) isə yaxşı və qurucudur. Hadisələr Benyaminin nə qədər gerçəkçi olduğunu təsdiqlədi. Elə Sovet dövründə yaşamaq talelərinə düşənlər də bunu təsdiqləyə bilərlər - o illərdə mədəniyyət, incəsənət, ədəbiyyat, klassik Avropa dəyərləri və maarifçilik siyasətin ayrılmaz hissəsi idi. O siyasətin ki, indi onun “ideoloji kursu”nu hər yerindən duran (və durmayan da) daşlamağı özünə fərasət sayır.

Nəticədə isə, indi ötən illərin bütün əsl qəhrəmanları öz pyedestallarından düşürülüb, yerinə də hər cür əcaib personajlar gətirilib.

Aksiomadır - mədəniyyət və incəsənətin mass-kulta, şouya çevrilməsi, klassik dəyərləri və maarifçiliyi postmodernistcəsinə təhrif etməklə (halbuki nəyinsə olmaması onun təhrif olunmasından daha yaxşıdır) manipulyasiya və təbliğat vasitəsi kimi toplumun “beynini yumaq” üçün istifadəsi neqativ sosial xarakter formalaşdırmağın ən asan və effektiv metodudur. Odur ki, təkrarlandıqca bir azdan nə Çipollinonun Limona təzim etməsi, nə də Limonun yumşalacağına illüzor ümidin qorunub saxlanması toplumu təəccübləndirməyəcək. Əgər Limon kompromissə hazırsa, onda mübarizə nəyədir? Beləliklə də, biz siyasətin estetikləşdirilməsinə dair daha bir nümunə almış olacağıq.

Bu, elə bir sahədir ki, manevr imkanları hüdudsuzdur. Eyni üsulla bir çox klassik əsəri dəyişmək, yaxud böyüməkdə olan nəsli ondan kənar tutmaq üçün qadağalar tətbiq etmək olar. Məsələn, Qoqolun “Müfəttiş”i azyaşlılar üçün münasib deyil - orada hamı rüşvət verir, ana isə qızını “axmaq” adlandırır (ailə institutunun gözdən salınması).

Yaxud, “Mumu”da sahibə qadından heyvanların müdafiəçisi obrazı düzəltmək olar. Belə olsa, nəinki it sağ qalar, hələ təəccübdən Gerasimin dili də açılar. Dostoyevskinin Raskolnikovu isə sələmçini öldürməməli, əksinə, onlar birləşib xeyriyyəçiliklə məşğul olmalıdırlar. Və fərq etməz ki, müəlliflər öz kitablarını tamamilə fərqli məqsədlər üçün yazıblar.

O ki qaldı qiyamı əhliləşdirilən Çipollinoya, bu yerdə köhnə lətifə xatırlanır. Uşaq atasından soruşur: “Niyə qəhrəmanlar bu mütiliklə Limonun və əlaltılarının zülmü ilə barışırlar?” Ata da cavab verir: “Çünki, onlar tərəvəzdir, oğlum”...

Məmməd Süleymanov(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar