Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtaliya baş nazirinin müavini Makronu həyasız adlandırıb


İtaliya baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini jurnalistlər qarşısında çıxışında Fransa prezidentini tənqid edib


O, Emmanüel Makronu həyasızlıqda ittiham edib.

Makron bundan əvvəl çıxışı zamanı bildirib ki, "İtaliya ötənilki kimi miqrasiya böhranı yaşamır, bunu deyən isə yalan danışır".

Salvininin sözlərinə görə, Apenninə gələn miqrantların xərcləri artıq 5 milyard avronu ötüb.

"Əgər bu, həyasız prezident Markon üçün problem deyilsə, biz onu təhqirləri dayandırmağa və alicənablığını çoxlu sayda Fransa limanlarını açaraq faktlarla göstərməyə dəvət edirik",— deyə siyasətçi bildirib.

Həmçinin Salvini Makronu Fransaya miqrant axınının keçdiyi Ventimilyedə qadın, uşaq və kişilərdən imtinaya son qoymağa çağırıb.

Baş nazir müavininin sözlərinə görə, əgər Fransa İtaliyanı bütün Avropa üçün qaçqın düşərgəsinə çevirmək istəyirsə, tamamilə yanılır.

Salvininin mövqeyini ölkənin baş nazirinin ikinci müavini Luici Di Mayo da dəstəkləyib. O qeyd edib ki, İtaliyada hazırda miqrasiya ilə bağlı fövqəladə vəziyyət yaranıb və Fransa da bu vəziyyəti yaradanlardan biridir. (report.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar