Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtaliya istifadə etdiyi neftin 20%-ni Azərbaycandan alır


Natiq Əliyev bu ölkənin Azərbaycandakı səfiri ilə görüşüb


Azərbaycan Hökuməti ilə İtaliya Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanıniyunun 13-də Romada keçiriləcək 4-cü iclasına hazırlıq məsələrinin müzakirəsi məqsədilə İtaliyanın ölkəmizdəki səfiri Ciampaolo Kutillo Energetika Nazirliyində olub. 

Oxu.Az-a Energetika nazirliyindən verilən məlumata görə, görüşdə Hökumətlərarası Komissiyanın iclaslarının ikitərəfli münasibətlərin inkişafındakı rolu qiymətləndirilib.

Növbəti tədbirdə iştirakçıların geniş tərkibdə və yüksək səviyyədə təmsil olunmasının vacibliyi qeyd edilib.

Komissiyanın iclasında iştirak etmək məqsədilə energetika naziri, Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Natiq Əliyevin rəhbərliyi ilə rəsmi şəxslər və iş adamlarından ibarət nümayəndə heyəti İtaliyaya səfər edəcək. 

Energetika naziri N.Əliyev və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə dövlət katibi Benedetto Della Vedovanın birgə sədrliyi ilə keçiriləcək iclasda Azərbaycan və İtaliya arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti təhlil edilərək, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

İclasda İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçentinin 2020-ci ildən Azərbaycan qazının İtaliya və Avropaya tədarükünü təmin edəcək “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlərə həsr olunmuş çıxışı, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Protokolunun imzalanması nəzərdə tutulub.

Azərbaycanla İtaliya arasında üzünmüddətli dostluq münasibətlərini və ortaq maraqlar, qarşılıqlı fayda əsasında ticarət və investisiyalar daxil olmaqla ikitərəfli əlaqlərin gücləndirilməsini hədəfləyən Hökumətlərarası Komissiyanın 4-cü iclası çərçivəsində İtaliya-Azərbaycan Biznes Forumunun keçirilməsi də planlaşdırılır.

Xatırladaq ki, Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası 16 dekabr 2013-cü il tarixində Bakı şəhərində keçirilib.

Azərbaycanla İtaliya arasında iqtisadi-ticarət əlaqələri yüksələn xətlə inkişaf etməkdədir.

İtaliya Statistika İnstitutunun (İSTAT) məlumatına görə, 2006-2015-ci illərdə İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2,5 milyard avrodan 5 milyard avroya qədər artıb. 

2015-ci ildə Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi 2 milyard 842,10 milyon ABŞ dolları olub. İki ölkə arasında iqtisadi tərəfdaşlıq ilk növbədə enerji sektoruna əsaslanır. 

2015-ci ildə Azərbaycan İtaliyaya dünya üzrə xam neftin ilk, karbohidrogenlərin isə ikinci ən mühüm təchizatçısı olub. İtaliya istifadə etdiyi 20% nefti Azərbaycandan alır. 

Strateji cəhətdən əhəmiyyət kəsb edən və enerji resurslarının təchizatının diversifikasiyasına imkan yaradacaq TAP qaz boru kəməri ilə bağlı işlərə isə İtaliya öz ərazisində 2016-cı il 13 may tarixində start verib.

İtaliyanın “Snam S.p.A.” şirkəti Azərbaycan qazını Avropaya çatdıracaq "Trans-Adriatik” (TAP) qaz boru kəmərinin səhmdarıdır. 

TAP kəmərinin quraşdırılması prosesində iştirak hüququ  qazanan şirkətlərdən biri “Saipem” şirkətidir. 2016-cı ilin may ayında “Saipem” Şahdəniz tərəfdaşlığının adından BP tərəfindən “Şahdəniz–2“ üzrə əsas müqaviləyə tərəf olub.

Maire Tecnimont şirkəti isə SOCAR Polymer layihəsinin mühəndislik, təchizat və tikinti üzrə kontraktorudur. Şirkət hazırda Bakıda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yenidən qurulmasını təşviq edir.

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar