Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtaliya qəzeti Azərbaycan-Türkiyə əlaqələrindən yazdı



İtaliyanın “Cronache internazionali” xəbər saytında Azərbaycan, Türkiyə və Gürcüstan əlaqələrinin təhlil olunduğu məqalə yerləşdirilib


PİA.AZ azərtac-a istinadən xəbər verir ki, son illərdə hər üç ölkənin regional əməkdaşlığa böyük maraq göstərdiyini qeyd edən müəllif bildirir ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması Türkiyə üçün olduqca önəmlidir.

Yazıda diqqətə çatdırılır ki, rəsmi Ankara hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Eyni zamanda, Azərbaycan və Gürcüstan da daim Türkiyə ilə əlaqələri inkişaf etdirməyə maraq göstərirlər. Bu, təkcə siyasi nöqteyi-nəzərdən deyil, eyni zamanda tarixi köklərin ortaq olmasından, oxşar mədəniyyətin, adət-ənənələrin mövcudluğundan irəli gələn bir məqamdır.

Müəllif yazır: “1990-ci illərin əvvəllərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi ilə nəticələnən Dağlıq Qarabağ münaqişəsi Türkiyə-Ermənistan münasibətlərinə təsirsiz ötüşmədi. Rəsmi Ankara Ermənistanla diplomatik əlaqələrini kəsərək sərhədlərini bağladı. Bu da Türkiyənin Azərbaycana nə dərəcədə önəm verdiyini göstərir”.

Azərbaycan-Türkiyə əlaqələrinin hər zaman yüksək səviyyədə olduğunun vurğulandığı məqalədə rəsmi Bakının Türkiyəni ən önəmli strateji tərəfdaş hesab etdiyi diqqətə çatdırılır. Bildirilir ki, bu iki ölkə arasında əməkdaşlıq təkcə iqtisadi sahədə deyil, digər sektorlarda da sürətlə genişləndirilir.

Məqalədə cari il dekabrın 10-da Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü ilə bağlı məlumatlar da yer alıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar