Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtaliya qəzeti Mehriban Əliyevadan yazdı


“İtalia Oggi” qəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti barədə məqalə dərc olunub.


Axar.az xəbər verir ki, yazıda bir neçə gün əvvəl doğum gününü qeyd edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəsmi saytının yeni dizaynda istifadəyə verildiyi vurğulanıb. Bildirilib ki, Mehriban xanım Əliyeva durmadan çalışaraq ölkəsində önəmli missiyaları yerinə yetirməkdədir. Azərbaycan Prezidentinin xanımı gördüyü önəmli işlər sayəsində ölkənin ən tanınmış simalarından birinə çevrilib.
 
Məqalədə ötən il Vatikanda səfərdə olan Mehriban Əliyevanın Roma Papası Fransisk ilə görüşünə, bu yaxınlarda “Milan-Expo 2015” Ümumdünya sərgisində Azərbaycan pavilyonunda təşkil edilmiş “Milli gün”də iştirakına dair məqamlar yer alıb. Diqqətə çatdırılır ki, Azərbaycanın birinci xanımı idman, mədəniyyət, sosial və digər sahələrdə mühüm layihələrin təşəbbüskarıdır. Onun irəli sürdüyü təşəbbüslər hər zaman böyük əks-səda doğurur. Azərbaycanın inkişafı və dünyada təbliği istiqamətində onun ideyaları tükənmək bilmir. 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edən Mehriban Əliyevanın səyləri nəticəsində 2005-ci ildə Bakı gimnastika üzrə dünya çempionatına ev sahibliyi edib. Həmçinin 2004-cü ildən Heydər Əliyev Fonduna rəhbərlik edən Azərbaycanın birinci xanımı bu ilin iyununda Bakıda keçirilən ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə sədrlik edib. O, Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində əvəzsiz xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif olunub.
 
Azərbaycanın birinci xanımının yeni dizaynda istifadəyə verilən rəsmi saytı barədə də yazan müəllif diqqətə çatdırır ki, bu internet resursunda Mehriban Əliyevanın həyatını və ictimai-siyasi fəaliyyətini əks etdirən materiallar yerləşdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar