Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtaliyalılar “Qarabağ“ önünə ikinci heyəti çıxarırlar


Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"ı qəbul edəcək "Fiorentina"nın təxmini start heyəti açıqlanıb


PİA.AZ apasport.az-a istinadən xəbər verir ki, baş məşqçi Paulo Souza "Qarabağ" önünə çıxacaq "11-liy"i müəyyənləşdirib.

Portuqaliyalı mütəxəssis təmsilçimizlə qarşılaşmada ənənəsinə sadiq qalaraq, 3-4-3 taktiki sxemindən yararlanacaq. Qapı xətti rumıniyalı Çiprian Tataruşanuya tapşırılacaq. Üçlü müdafiədə Nenad Tomoviç, Sebastyan de Mayo və Karlos Salsedonun çıxışı gözlənilir.
 
Maksimiliano Olivera ilə Karlos Sançesin yarımmüdafiənin mərkəzində Kristian Telyo və Matias Vesinonun isə cinahlarında yer alması planlaşdırılır.
 
Hücumda Sebastyan Kristoforo - Mauro Zarate - Kuma Babakar "trio"su "Qarabağ"ın qapısına yol tapmağa çalışacaq.
 
Paulo Souza İtaliya KİV-nin iddia etdiyi heyəti meydana buraxarsa, ciddi dəyişikliklər etmiş olacaq. Çünki Azərbaycan çempionu ilə görüşə ehtiyatdan başlaması gözlənilən 7 futbolçu - Qonzalo Rodriges, Milan Badelj, Federiko Bernardeski, Nikola Kaliniç, Borxa Valero, Xrovye Miliç və Josip İliçiç "Fiorentina"nın əsas heyət oyunçuları sayılırlar.
 
Florensiya klubunun çalışdırıcısı yalnız hücumda seçim etməkdə çətinlik çəkir. Kristoforo və Zaratenin əvəzinə Valero ilə İliçiçin ilk dəqiqələrdən meydanda olması da istisna deyil. Komandanın daha bir aparıcı futbolçularından olan Davide Astori isə zədə ucbatından qarşıdakı matçı buraxacaq.
 
Qeyd edək ki, "Artemio Franki" stadionunda keçiriləcək "Fiorentina" - "Qarabağ" görüşü sentyabrın 29-da baş tutacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar