Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtkin düşmüş və girov götürülmüş azərbaycanlıların sayı açıqlandı


554 nəfərin əsir və girovluqda qətlə yetirilib


1 avqust 2014-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş azərbaycanlıların sayı 4015 nəfər təşkil edir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupundan Modern.az-a verilən məlumata görə, onlardan 3256 nəfər hərbçi, 757 nəfər mülki şəxslərdir. 2 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil.

Mülki şəxslərdən 59 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız), 254 nəfər qadın, 351 nəfər yaşlı şəxsdir (154 nəfər qadın).

Əsir, itkin düşmüş 4015 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar var, bu haqda şahid ifadələri alınıb.

Ermənistan-Azərbaycan münaqişəsi müddətində 1409 nəfər əsir və girovluqdan azad edilib. Onlardan 341 nəfər qadın, 1069 nəfər kişidir. Eyni zamanda 204 nəfər uşaq (72 nəfər azyaşlı qız), 287 nəfər yaşlı  şəxsdir (110 nəfər yaşlı qadın).

Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 554 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblrdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 449 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 75 nəfər isə naməlum şəxslərdir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar