Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İyun görüşü də nəticə verməzsə...

İyun ayına hələ bir neçə gün qalsa da, üstəlik, prezidentlərin ayın hansı günündə görüşəcəkləri bəlli olmasa da, artıq indidən müəyyən suallar və tərəddüdlər yaranır


Sual tərəfi budur ki, görüşün baş tutması ilə bağlı, həm də onun mümkün nəticələrilə əlaqəli müəyyən qədər qeyri – müəyyənliklər var. Tərəddüdlər isə daha çox onunla bağlıdır ki, ümumiyyətlə, bu görüşlə bağlı böyük ümidlərə qapılmağa dəyərmi? 

Elə bu səbəbdən prosesi bir daha nəzərdən keçirmək qərarına gəldik. Bəri başdan deyək ki, bu vaxta qədər yüksək səviyyəli ikitərəfli görüşlər çox olub. Amma onların elə bir nəticəsi olmayıb. Əgər olsaydı, indi tamamilə fərqli mənzərə olardı münaqişə bölgəsində...
Maraqlısı budur ki, hamı, o cümlədən də dövlət rəsmiləri iyin görüşündə nəticə əldə olunmasa Azərbaycanın qəti qərar verəcəyini bildirirlər. 

Bu qərarın nə olacağını təxmin etmək elə də çətin deyil: ərazisinin düz  20 faizi üçüncü on illikdir ki, işğal altında olan bir ölkə hansı qərarı verə bilər? Bəli, bizə elə gəlir ki, burada siyasi tapmaca axtarmağa dəyməz...

Onsuz da bir müddətdir belə fikirlə

r səslənir ki, Azərbaycan Ermənistana konkret vaxt verməlidir. Biz də əvvəlki yazılarda sülhə məcburetmə vasitələri haqda çox yazmışıq. Amma bunu daha çox dünya biriliyinə bağlı konteksdə nəzərdən keçirmişik. Bir daha deyirik ki, hələ bu vaxta qədər heç bir münaqişə yalnız passiv şəkildə sülhə dəvət etməklə, yalnız və yalnız danışıqlar və xahiş-minnət vasitəsilə həll olunmayıb. 

BMT-nin özünün nizamnaməsində aqressiya bir akt kimi çox konkret müəyyənləşdirilib. Di gəl ki, hətta BMT düz 24 ildir ki, öz qətnamələrinin icrası ilə maraqlanmır. 

Nizamnamədə nəzərdə tutulduğu kimi,  bu illər ərzində Ermənistana qarşı hər hansı təzyiq olsaydı bəlkə də vəziyyət çoxdan dəyişər və ədalət bərqərar olardı. Amma bunu etmirlər. 
Vacib deyil ki, təzyiq mütləq hərbi məzmunlu olsun. Yox, onun siyasi və diplomatik formaları da var. Əgər təzyiqsiz məsələ həll oluna bilirdisə, o halda, niyə Ukraynaya görə Rusiyaya qarşı sanksiyalar tətbiq olunurdu?

Əgər təzyiqsiz məsələ həll oluna bilirdisə, niyə görə NATO Yuqoslaviyadakı münaqişəyə qarışırdı? Ümumiyyətlə, bu vaxta qədər qədər təzyiq olmadan hər hansı münaqişə həll olunubmu?

Deməli, dünya birliyi Ermənistana qarşı təzyiq etməli və onu sülhə məcbur etməlidir. Amma etmirlər. Üstəlik, bunu planlaşdırmırlar da və o üzdən sual yaranır: xahiş-minnətlə Qarabağ probleminin həllini daha neçə il gözləmək lazım gələcək?

Amma hiss olunur ki, artıq Azərbaycanın gözləmə limiti bitib. Elə bu səbəbdən düşünürük ki, Ermənistanı sülhə məcburetmə missiyasını o, öz üzərinə götürmək istəyir...

Bunu tamam normal qarşılamaq olar. Bu, Azərbaycanın haqqı və hüququdur. O, torpaqlarını işğaldan azad etmək hüququna malikdir və buna görə heç kim ona irad tuta bilməz...
Amma bir kiçik nüans var. Bəli, irad tuta bilməzlər, amma mane ola bilərlər. Özü də kimin mane olacağı da bəllidir. Bəli, biz Rusiya sarıdan arxayın deyillik. Aprelin ilk günlərindəki hərbi qarşıdurmadan sonra bu ölkənin fikir və yazı adamları ölkələrinə onun Kollektiv Təhlükəsizlik Müqaviləsindən irəli gələn öhdəliklərini xatırlatmaqdan yorulmurdular. 

Fəqət, burada da bir kiçik nünans var. Üç müsəlman ölkəsini və bir müsəlman təşkilatını çıxmaq şərtilə digərləri Ermənistanı təcavüzkar dövlət kimi tanımırlar, bəzən hətta münaqişənin qondarma “Dağlıq Qarabağ Respublikası” ilə Azərbaycan arasında getdiyini deyirər. Olsun. Deməli, onların rəyinə görə, ən azı formal olaraq, Ermənistan bu prosesin iştirakçısı “deyil”. 

Onda belə bir formal nəticə alınır ki, burada Kollektiv Təhlükəsizlik Təşkilatı ilə ilgili, Rusiyalıq heç bir məsələ yoxdur və onlar bu məsələyə tamam qarışa bilməzlər. 

Ona görə ki, münaqişə Azərbaycan ərazisində gedir və mümkün hərbi əməliyyatlar da elə onun ərazisində baş verəcək. Deməli, burada Rusiyalıq və ya KTM-lik bir məsələ yoxdur. Deməli, biz çox rahatca, öz ərazilərimizi azad etməyə başlaya bilərik...

Bəli, məntiq sarıdan hər şey yerli-yataqlı görünür. Amma bu dünyada daha bir məntiq də var – güclünün məntiqi və əksər hallarda hamı məhz həmin bu məntiqlə hesablaşır. Bu səbəbdən də Rusiyanın axıra qədər neytral qalacağına ümidimiz yoxdur. Halbuki, Azərbaycan ondan yalnız bunu umur – neytral qalmağı...

Ukrayna məsələsində hər şey çox sadə oldu - hamı Rusiyaya işğalçı dedi. Amma Qarabağ münaqişəsilə ilişgili bunu etmirlər. Neçə illərdir ki, heç kim Rusiyanın bu münaqişədəki rolunu öz adı ilə adlandırmır. Təkcə bircə dəfə A.Merkel buna işarə etdi! Elə özümüz də, rəsmi Bakı da bunu etmir, çünki bir neçə səbəbdən ehtiyat edirlər. Ən əsas səbəb də odur ki, bunu demək Rusiyaya qarşı açıq demarş olardı. Bunun isə hərbi və ya siyasi nəticələrini proqnozlaşdırmaq heç elə də çətin deyi...

Qərəz, hələ iyuna bir neçə gün var. Üstəlik, görüşə nə vaxt qərar veriləcəyi də bəlli deyil. Amma narahatlıq dolu günlər yaşayırıq. Ən azı ona görə ki, proses illərlə düşdüyü “potensial çuxur”dan çıxa bilmir ki, bilmir. Bu il ilk dəfə ümid yarandı ki, onu bu “çuxur”dan çıxarmaq və on illərlə davam edən ağrı-əzaba son qoymaq olar. Amma son qoyulcaqmı?..(musavat.com)


Yazar : Hüseynbala Səlimov


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Qazaxıstan hadisələri haqda üç ehtimal, bir nəticə...

Niyə hamının gözünə yalnız media görünür?..

Elə ölkə varmı ki, özümüzü onunla müqayisə edək?

Paşinyan siyasi səhnəni nə vaxt tərk edəcək...

Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..

Ən çox oxunanalar