Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Javad Derəxti İlham Əliyevə müraciət etdi


“Bütöv Azərbaycan” kanalının yayımına yardımınızı əsirgəməyin”


“İsveçdə fəaliyyət göstərən “Bütöv Azərbaycan” TV-si fəaliyyətini dayandırıb”. Bununla bağlı TİA.AZ-a açıqlamasında Bütöv Azərbaycan TV-nın əslən Cənubi Azərbaycandan olan rəhbəri Javad Deəxhti deyib. Onun sözlərinə görə, azərbaycanlıların yer kürəsində Azərbaycandan kənarda yayımlanan iki kanalı var: “Amerikadan yayımlanan “GunAz” TV və Avropadan yayımlanan “Bütöv Azərbaycan” TV-si. İndi “Bütöv Azərbaycan” öz fəaliyyətini dayandırıb. Maliyyə problemləri ucbatından bu TV fəaliyyət göstərmək imkanlarını itirib. “Bütöv Azərbaycan” TV “Azərspace”, həm internet həm də “Smart” TV və mobil telefonlar ilə yayımlanırdı. Bu, ən müasir TV kanalı idi. Azərbaycanın mədəniyyətini, incəsənətini, inkişafinı və eləcə də dünya azərbaycanlılarının nailiyyətlərini dünya ictimaiyyətinə çatdırırdıq. “Youtube”-dan da “Bütöv Azərbaycan” TV-də yayımlanan verilişlərə baxmaq mümkündür. Biz Azərbaycan həqiqətlərinin carçısı idik. Bizim hədəfimiz 2015-ci ildə qondarma erməni separatçılığına qarşı mübarizə aparmaq, onları Avropa məkanında ifşa etmək idi. “Bütöv Azərbaycan” 2014-cü ilin əvvəlində İsveç Jurnalistlər Birliyinin üzvlüyünə belə qəbul edilib. Hansı ki bu gün dünyanın ən sayğın jurnalist birliklərindən biri hesab edilir. Bu gün kürdlərin həm “Turksatda”, həm də “Hotbird” kimi peyklərdə onlarca kanalları var. Biz azərbaycanlıların axı nə üçün olmasın? Hesab edirəm ki, Azərbaycan bu gün inkişaf etməkdə olan qüdrətli bir dövlətdir. Bu gün Avropada bir sıra dairələr insan hüquqları ilə bağlı Azərbaycana qarşı qərəzli ittihamlar səsləndirirlər. 
Bu TV-də biz onların nə qədər yanılmaları ilə bağlı verilişlər yayımlamağı planlaşdırdığımız bir vaxtda bu kanalın zamansız bağlanması planlarımızı yarımçıq qoydu. Mən bir cənubi azərbaycanlı olaraq, Cənab prezident İlham Əliyevdən və daim hər yardımsevərliyi ilə sevilən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadan bu TV-nin azərbaycançılıq naminə fəaliyyət göstərməsinə yardımçı olmalarını rica edirəm”
Xatırladaq ki, “Bütöv Azərbaycan” kanalı 2013-cü il 15 may tarixində İsveçrədə fəaliyyətə başlayıb. Cəmi bir il fəaliyyət göstərən kanal 2014-cü ilin may ayında fəaliyyətini dayandırmağa məcbur qalıb.
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar