Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jirinovski Azərbaycanı hədələdi


Kremlin qorxunc minimum və maksimum planı; “Mən onun ağzı ilə danışıram... Qarabağ Rusiyaya birləşməlidir”; Ukraynadan sonra Kremlin Pribaltika və Dağlıq Qarabağın fəthinə girişəcəyi deyilir; moskvalı analitik: “Putin çəkməsinin yürüşü o vaxta kimi sürəcək ki...”


Hələ ki beynəlxalq demokratik ictimaiyyət, öncəliklə güclü Qərb neçə həftədir dünyanın dayaqlarını silkələyən Rusiya prezidenti Vladimir Putini cilovlaya bilmir. Özünə qarşı kontur-tədbirlərin dişsizliyini görən Kreml başçısı isə daha arxayın şəkildə beynəlxalq hüquq əleyhinə görünməmiş demarşını davam etdirməkdədir.

Lakin hər şeyin bir sonu gəldiyi kimi, aydındır ki, bu avantüranın da axırı gələcək. Bəs bu son Putin Rusiyasına nə vəd edir? Əsas sual da elə budur. Çünki müasir beynəlxalq təhlükəsizlik sisteminin aqibətinin necə olacağı, dünyanın bundan sonra hansı ortaq qaydalar və normalar əsasında mövcud olacağı müstəsna olaraq qoyulan suala cavabdan asılı olacaq.

Əgər Ukrayna testindən Rusiya güclənmiş şəkildə çıxsa, bu, qlobal miqyasda tam yeni situasiyanın legitimləşməsi, hətta mümkündür ki, böyük güclər tərəfindən dünyanın təzədən bölüşdürülməsinə “yaşıl işığ”ın yandırılması anlamına gələcək. Yox, Rusiya ram edilib öz ənənəvi qınına salınsa və bu ən qədim imperiyanın dinc çöküşünə start verilsə, o zaman bəşəriyyət yenə də təzə situasiya ilə üzləşəcək, fəqət, bu dəfə daha rahat nəfəs almaq perspektivi ilə.

Hələliksə “XXI əsrin Hitleri” dayanmaq tövrü nümayiş etdirmir. “Putin Ukraynada maksimum planını həyata keçirəndən sonra növbəti fəthlərə girişəcək. Bu dəfə artıq Pribaltikada və Dağlıq Qarabağda”. Bu sözləri tanınmış rusiyalı politoloq, sosioloq və piblisist Stansilav Belkovsiki deyib.

Onun qənaətincə, maksimum-planın reallaşmasının ardınca Putin Ukraynadan əl çəkəcək və Pribaltika və Dağlıq Qarabağ üzərinə və sair bu minvalla dünyanın başqa regionlarına girişəcək: “Putin çəkməsinin ”qələbə" yürüşü o vaxtadək sürəcək ki, Rusiya iqtisadiyyatı kollapsa düşəcək və ya buna oxşar analoji hadisə baş verəcək".

Rusiya iqtisadiyyatı isə artıq iqtisadi sanksiyaların təsirini hiss eləməyə başlayıb. Belə ki, ölkənin iqtisadiyyat naziri Aleksey Ulyukayev Rusiyanın Krımı işğalından sonra tətbiq edilən sanksiyalar və “pisləşən beynəlxalq vəziyyət”, habelə “kapitalın qaçması” nəticəsində ölkə iqtisadiyyatında ləngimənin baş verdiyini etiraf edib.

Musavat.com-un “Reuters”ə istinadən verdiyi xəbərə görə, Dövlət Dumasındakı çıxışı zamanı nazir bildirib ki, ilin 1-ci rübü ərzində sərmayəçilərin Rusiyadan çıxardığı vəsaitin həcmi bütövlükdə keçən il ərzində çıxarılan vəsaitlərdən çoxdur, iqtisadiyyat isə son 5 il ərzində ən çətin durumdadır.

“Daxili faktorlardan əlavə, qlobal bazarlarda özünəinam azalıb, ölkədən kapital axını güclənib, sərmayəçilər son iki ayda qəlizləşən beynəlxalq situasiyada investisiya qərarları verməkdə çətinlik çəkirlər. Birinci kvartalda Rusiya iqtisadiyyatı cəmi 0.8 faiz artıb, halbuki ekspertlər 2.5 faiz proqnoz eləmişdilər” - deyə Ulyukayev qeyd edib...

***

Ancaq belə görünür, rəsmi Moskvanı, bütövlükdə Rusiya siyasi isteblişmentini hadisələrin bu cur mümkün inkişaf ssenarisi hələ narahat eləmir. Budur, Putinin sonuncu mətbuat konfransını şərh edən, Kreml başçısının “ölkənin 2 nömrəli siyasətçisi” adlandırdığı, Dövlət Duması sədrinin müavini, LDPR sədri Vladmir Jirinovski növbəti dəfə postsovet məkanının suveren dövlətlərini hədələyən bəyanat verib, bir daha separatçı bölgələrin, o cümlədən Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsinin vacibliyindən və “üstünlükləri”ndən danışıb.  

Sitat: “Biz parlamentdə yüz dəfələrlə Dnestryanı bölgənin müstəqilliyini tanımağı tələb eləmişik. Çünki oranın bütün xalqı bölgənin suverenliyinə və ardınca Rusiyaya birləşməsinə səs verib. Eləcə də Dağlıq Qarabağ. Eləcə də Abxaziya və Cənubi Osetiya. Cənubi Osetiya və Abxaziya məsələsi artıq həll edilib. Krım - həll edilib. Dağlıq Qarabağ - az sonra...”

Lakin Jirinovskinin budəfəki açıqlamasının (rbk.ru) əsas özəlliyi odur ki, o, avantürist fikirləri ilə indi həm də Rusiya prezidentinin mövqeyini ifadə elədiyini ortaya qoyub: “Mənimlə onun arasında yeganə fərq odur ki, Putin prezidentdir və hər şeyi deyə bilmir, mən isə söyləyə bilirəm. Onun dilə gətirə bilmədiyini mən bəyan edirəm... Siz istəyirsiniz ki, dövlət başçısı mətbuat konfransında mənim dediyimi desin? O vaxt bunu deyəcək ki, edəcək. Prezident qabağa danışmaz. Hətta Xruşşov da danışmayıb - mən Kubaya raket verəcəyəm deməyib. Heç vaxt. SSRİ-yə qayıtmaq istəyən bütün ərazilər SSRİ-yə qayıdacaq”.

Zatən, bunun belə olduğuna, LDPR liderinin məhz Putinin ağzı ilə danışdığına nəinki Azərbaycanda, artıq Qərbdə də daha şübhə etmirlər. Ən azı ona görə ki, onun Ukrayna böhranından öncə bu ölkəni üç yerə (Krım, Şərqi və Qərbi Ukrayna) parçalamağın zəruriliyini bəyan etməsindən dərhal sonra Kreml yüzdə  - yüz elə Jirinovskinin anonsunun verdiyi planı həyata keçirməyə başlayıb və bu yöndə Moskvanın təcavüzkar addımları davam edir.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar