Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jirinovski Qarabağ və digər münaqişələr haqda


“Hamısı Rusiyaya birləşməlidir”


Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski növbəti dəfə keçmiş sovet respublikalarındakı münaqişələrin həlli ilə bağlı özünün “orijinal” ideyasını irəli sürüb.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Jirinovski bu gün Dövlət Dumasında jurnalistlərlə söhbətində bu münaqişələrin həllinin yeganə yolunun “bütün respublikaların yenidən vahid dövlətin tərkibinə qayıtması” olduğunu bildirib.

“Bizdə Donbas, Dnestryanı, Abxaziya, Osetiya, Qarabağ əzab çəkir. Həll yolu birdir-ancaq vahid ölkənin bərpası, bunsuz qan və zorakılıq hələ onilliklər bundan sonra davam edəcək”-Jirinovski deyib.

LDPR lideri hesab edir ki, ölkələrin birləşməsi ancaq referendum yolu ilə olmaldır. Onun fikrincə keçmiş SSRİ-nin heç bir respublikası yenidən Rusiya ilə birləşib vahid ölkədə yaşamaqdan imtina etməz. “Referendum yolu ilə vahid böyük ölkə. Normal referendumda hamı, o cümlədən Pribaltika SSRİ sərhədlərinə qayıdacaq”-Jirinovski bildirib.

LDPR lideri bundan əvvəl də bir neçə dəfə Qarabağ münaqişəsinin həll yolu kimi “AzərbaycanErmənistanın Rusiyaya birləşməsini” təklif edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar