Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jirinovskidən Qarabağ açıqlaması


"İnanın! Moskva Dağlıq Qarabağ münaqişəsinin həll yolunu tapacaq!"


Bu sözləri  Rusiya Liberal Demokratik Partiyasının lideri  Vladimir Jirinovski deyib.

"İndi bir problem var, həm sizdə, həm də Ermənistanda. Bu, Dağlıq Qarabağdır. Bütün milli problemlər ağırdır. Elə Gürcüstan-Abxaziya, Gürcüstan-Osetiya münaqişələrini yaxud da Türkiyəni götürək, Suriyada müharibə gedir. Əlbəttə bəzi müəyyən təşkilatlar və strukturlar var ki, məsələni həll etməyə çalışır. Ancaq Rusiya qonşu olaraq, həm də AzərbaycanErmənistanla tarixi münasibətləri olan bir ölkə kimi kömək etmək istəyir. Biz buna hazırıq. Hansısa həll yolunu tapmaq lazımdır", - deyə Jirinovski bildirib.

Jirinovski deyib ki, Dağlıq Qarabağa hansısa status vermək lazımdır. "Bu status müvəqqəti də ola bilər. İstənilən halda bütün Qafqazla bizim prezident məşğul olur. Biz ümid edirik ki, o uyğun həll yolunu tapacaq. Biz şadıq ki, Sankt-Peterburqda ErmənistanAzərbaycan rəhbərləri arasında yaxşı görüş keçib. İlham Əliyev Rusiya sakinlərində, eləcə də prezidentimizdə müsbət təəssürat yaradır. Ona görə biz irəli gedəcəyik. Buna inanırıq. Güllə atmaq lazım deyil. Gəlin həyatları qoruyaq. Azərbaycan gəncləri, bütün Azərbaycan vətəndaşları, hamı yaşamalıdır. 2016-cı ildə, 21-ci əsrdə heç kim ölməməlidir", - deyə partiya rəhbəri bildirib

Rus siyasətçi deyib ki, Moskva ağrılı Qarabağ probleminin həll yolunu tapacaq və sülh Azərbaycanın bütün torpaqlarına gələcək. (ans)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar