Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jirinovskinin Azərbaycana səfərinə reaksiya


Müxalifətçilər bunu tənqid, iqtidar təmsilçiləri isə təqdir edir


Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski sentyabrın 25-də Milli Məclis sədrinin dəvəti ilə Azərbaycana gəlmişdi. Qalmaqallı çıxışları ilə tanınan rusiyalı siyasətçi əvvəllər dəfələrlə Azərbaycan xalqını təhqir edib, ermənipərəst mövqe sərgiləyib. Ancaq o, Azərbaycan səfərindən sonra Rusiyaya qayıdaraq Azərbaycan haqqında müsbət fikirlər söyləyib. Buna baxmayaraq, onun Azərbaycana gəlişi və yüksək səviyyədə qarşılanması cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb. Bu dəvətə görə hakimiyyəti qınayanlar da oldu, bunu düzgün addım hesab edənlər də.

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı Jirinovskinin Azərbaycana gəlişini çox pis qarşıladığını bildirdi: “Hakimiyyət Jirinovskini Azərbaycana dəvət edirsə və onun gəlişinə şərait yaradırsa, onun təbliğatından istifadə eləmək fikrindədirsə, onda xalq arasında işlədilən bir misal yerinə düşər: ”Elçisi Gülüm olanın, başına külüm olar". Yəni ki, əgər hakimiyyət bundan sonra özlərinə müdafiəçi olaraq Jirinovskini seçiblərsə, gör indi bunlar nə gündədirlər. Əgər müxalifət bu addımı atsaydı, hakimiyyət indi onu yıxıb sürüyərdi. Amma nə yaxşı ki, müxalifət hakimiyyət ağılda deyil, onların təfəkkürünə sahib deyil. Ona görə də müxalifət heç vaxt belə addım atmazdı".

ADP sədri Sərdar Cəlaloğlu Jirinovskinin Azərbaycana dəvətini ciddi yanlışlıq və qüsur hesab etdiyini dedi: “Jirinovski dəfələrlə Azərbaycan xalqını qoyun adlandırıb. Həmçinin Azərbaycanın işğal edilməsinə çağırış edib, hətta son çıxışlarının birində Azərbaycan adlı bir xalqın olmadığını öz ağlına görə ”sübut" edirdi. İş o yerə çatmışdı ki, Azərbaycan xalqını təhqir etdiyinə görə Abbas Abbasov onu məhkəməyə vermişdi. Bu adam ermənipərəst, Azərbaycan xalqına düşmən olması ilə açığa çıxmış bir adamdır. Belə bir adamın Azərbaycana dəvət edilməsi Jirinovskinin bütün təhqirlərinin qəbul edilməsi deməkdir. Azərbaycan hökuməti Dağlıq Qarabağa Azərbaycanın razılığı olmadan gedən avropalıların Azərbaycana gəlməsini qadağan edib. Amma Jirinovskini yüksək səviyyədə qəbul edirlər. “Jirinovskini öz tərəfimizə çəkmək istəyirik” kimi deyilənlər hamısı gülüncdür. Birincisi, Jirinovski öz sözünü yox, Putinin sözünü deyir. Çox güman ki, Jirinovskinin dəvəti Avropa Birliyinin və Amerika prezidentinin Azərbaycanla bağlı verdikləri bəyanatdan sonra atılan bir addımdır. Yəqin ki, demək istəyirlər ki, bizim Rusiya kimi bir dostumuz var. Amma bu, yanlış və utancverici bir məsələdir. Bir xalqı bu dərəcədə təhqir edən, alçaldan, bir dövlətin müstəqilliyini və suverenliyini təhdid edən bir insanı çağırıb, böyük şəxsiyyət kimi qəbul edirlər. Bu, dövlətçilik ənənələrinə sığmayan bir hərəkət idi".
Politoloq Hikmət Hacızadə də bu dəvətin yanlış olduğu düşüncəsindədir: “Jirinovskinin Azərbaycana gəlişi yol verilməz idi. Bu aksiya xeyirdən çox etirazlar yığacaq. Axı Jirinovski kimdir ki, onun hər hansısa bir çıxışı ictimaiyyətə təsir etsin?!”

Deputat Zahid Oruc isə əksinə, Jirinovskinin Bakıya dəvət edilməsinin düzgün addım olduğunu hesab edir: “Jirinovskiyə təkcə Azərbaycanda deyil, dünyanın daha geniş ictimai fikir sahiblərindən birmənalı münasibət yoxdur. Bunun da səbəbləri bəllidir. Vətəndaş fikrində Jirinovskiyə ölkəmiz, millətimiz əleyhinə söylədiyi təhqirlərə görə bu cür reaksiyaların olması təqdirəlayiqdir və başadüşüləndir. Ancaq ümumən dünya siyasəti qurularkən dövlətlərin, elitaların, parlamentlərin vəzifəsi fotoilüsturasiya münasibəti deyildi. Yəni biz sadəcə gerçəkliyi əks elətdirmək yönündə addım atmalı deyilik. Siyasətin vəzifəsi tərəddüd edənləri dosta çevirmək, dostları strateji müttəfiq etmək, düşmənləri isə neytrallaşdırmaqdır. İndiki planda Jirinovski hansı nöqtədə dayanıb, bunu təyin etmək istəmirik. Ancaq biz nəzərə almalıyıq ki, Rusiya siyasətində onun qədər cəmiyyət rəyinə təsir edən insanlar çox deyil. Dumada 40-a qədər parlamentari məhz onun partiyadaşlarıdır. Bu mənada onu bütövlükdə antiazərbaycan və antitürk dünyasının ruporu kimi saxlamaq o qədər də əlverişli deyil. Azərbaycan cəmiyyətinin, partiyalarının tuta biləcəyi qərar ondan ibarət olmalıdır ki, əgər biz haqlı olduğumuzu söyləyir, mövqeyimizin əsaslı olduğunu vurğulayırıqsa, Jirinovski kimi insanları ölkəyə dəvət etməliyik. Onları gerçəkliklərlə silahlandırmalıyıq. Jirinovskinin Azərbaycana gəlməsi bizdən daha çox ermənilərə zərbə vurdu. Biz gözləyirdik ki, o, Qərb əleyhinə yenə də bəyanatlarını söyləyəcək, Azərbaycanda siyasi temperaturu bir az qaldıracaq. Ancaq əksinə, o, Azərbaycan haqqında çox yüksək fikirlər söylədi. Deməli, bundan öncə olanları təkzib etdi. Hesab etmirəm ki, Jirinovskinin səfəri bizə milli mənəvi cəhətdən hansısa bir aşağılıq yaratdı və ya zərbə vurdu. Şəxsən mən 10 il bundan öncə də Jirinovskinin Azərbaycana dəvətini təklif edənlərdən birincisi idim”.

Deputat Fəzail Ağamalı bildirdi ki, Jirinovski kimi şəxslərin Azərbaycanın yanında olması üçün çalışmalıyıq: “O, vaxtilə Azərbaycana və bütün türk dünyasına qarşı ən müxtəlif xarakterli xoşagəlməz ifadələr işlədib. Bu gün isə Jirinovski Azərbaycanın yanında olmaq istəyir. Biz ya köhnə fikirləri əlimizdə bayraq edib Jirinovskiyə, onun partiyasına qarşı aqressiv münasibət göstərərək onu özümüzə qarşı barışmaz düşmənə çevirməli idik, yaxud da keçmişi yadımızda saxlamaqla, lakin onu üzə vurmamaq şərti ilə Jirinovskinin Azərbaycana gəlişinə normal münasibət bəsləyərək onun Azərbaycanın yanında olmasına çalışmalıyıq. Jirinovski Rusiyanın siyasi mühitində kifayət qədər aktiv və ictimai rəyi formalaşdıran fiqulardan biridir. Jirinovskinin Azərbaycana gəlişinə müsbət yanaşıram. Onun Şəhidlər Xiyabanını, ulu öndəri ziyarət etməsi Azərbaycana qarşı müsbət münasibətin ifadəsi kimi qiymətləndirilməlidir. Bu adam artıq əlini Azərbaycana doğru uzadıb ki, mən sizin yanınızda olmaq istəyirəm. Biz indi onun əlini vurub geri qaytarmalıyıqmı? Yox, bu çox böyük səhv olardı. Jirinovskinin qayıdaraq Azərbaycanın ünvanına söylədiyi xoş sözlər, hətta bazara gedərək azərbaycanlıların əhatəsində fikir söyləməsi və bunun Rusiyanın populyar telekanalları vasitəsilə yayılmasının özü Azərbaycana qarşı müsbət jestdir. Biz çalışmalıyıq ki, Jirinovski kimi şəxslər həmişə Azərbaycanın yanında olsun”. (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar