Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jirinovskinin Bakı səfərinə kəskin reaksiyalar


Fazil Mustafa: “Adamı geri çevirirsən, daha da aqressivləşir”;Akif Nağı: “Ola bilsin ki, onun bu səfərindən dövlət səviyyəsində istifadə edilsin”
Siyavuş Novruzov: “Azərbaycanlılardan üzr istəyəndən sonragələ bilər”


Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin sentyabrda Bakıya gələcəyi xəbəri etirazla qarşılanıb. 

Rusiya siyasətində hoqqabazlığı, əndazəsiz çıxışları ilə yadda qalan Jirinovski Azərbaycanda da ciddi qəbul olunmur. O, gah Azərbaycan xalqını təhqir etməklə, gah da  tərifləməklə özü haqqında fikir xarakterizə edib. Bugünlərdə isə onun ölkəmizə səfər edəcəyi barədə “Trend”in diplomatik mənbələrə istinadən yaydığı xəbər narazılıqla qarşılanıb. Məlumata görə, Jirinovskinin Bakıya səfəri Vladimir Putinlə razılaşdırılıb və Azərbaycanla Rusiyanın strateji cəhətdən yaxınlaşmasına töhfə verəcək cəhd kimi qiymətləndirilir.

Deputat Fazil Mustafa “Yeni Müsavat”a dedi ki, Jirinovski üzdə olan siyasətçidir: “Onun gəlişinin ziyanı yoxdur. Adamı geri çevirirsən, daha da aqressivləşir. Odur ki, keçmiş həqarətlərini bir yana qoyub, adamları yola gətirməyi bacarmaq lazımdır. Ermənilər eynilə bu siyasəti yürüdürlər. Onsuz da Jirinovskini təzədən ağıllandıran deyilik”. 
Deputatın fikrincə, Azərbaycana gəlməklə onun düşüncələrini müəyyən qədər dəyişmək lazımdır: “Ancaq nə məqsədlə gəldiyini bilmirəm. Yalnız normal qarşılanmalıdır”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Yeni Müsavat”a qeyd etdi ki, onların mövqeyi birmənalıdır: “Biz onun bu səfərinin səmimi, isti münasibətlər yaradacağına inanmırıq. Təbii ki, siyasətdə daimi dostlar olmur, daimi maraqlar olur. Ola bilsin ki, onun bu səfərindən dövlət səviyyəsində istifadə edilsin. Çünki Jirinovski Rusiyada ictimai rəyə təsir edən adamdır. Ancaq onun Azərbaycana yönəlik çıxışlarından sonra Bakıya gəlməsi doğru deyil”.

A.Nağının fikrincə, Jirinovskinin rəyinə nə Azərbaycan dövlətinin, nə də xalqının ehtiyacı var: “Ən azından gəlməmişdən əvvəl dediyi sözlərə görə üzr istəsin və gəlsin. Hələlik bizim təşkilatın konkret qərarı yoxdur ki, onun səfərinə necə cavab verəcəyik. Gözləyirik ki, konkret səfər edib-etməyəcəyi aydınlaşsın”.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov aktual.az-a açıqlamasında deyib ki, Jirinovski nəinki Azərbaycan, ümumiyyətlə, Qafqaz xalqları, türk soyları, Orta Asiya xalqları haqqında ağlına gələn-gəlməyən fikirlər söyləyib:

“Bütün hallarda da çalışıb ki, bu xalqları aşağılasın, onları təhqir etsin. Bunun da səbəbi var - çünki o, SSRİ vaxtı Türkiyə səfirliyində işləyən zaman çalışdığı ölkədə bolşevizmi, sosializmi, kommunizmi təbliğ etməkdə günahkar bilinmişdi. 

Ona görə də Türkiyə hökuməti onu “arzuolunmaz şəxs” siyahısına aid etmişdi. Hətta Jirinovski bir müddət qardaş ölkədə həbsdə də qaldı. Bundan sonra isə onu Türkiyədən deportasiya elədilər. Bundan da qaynaqlanan nifrətin əsasında, o çalışıb ki, türk xalqları haqqında etikadan, insaniyyətdən kənar ifadələr işlətsin. Jirinovski həmçinin Dağıstan xalqlarını da təhqir edib. Hətta Dağıstanda onun ölümünə fitva da verilib. Çünki Jirinovski Dağıstan xalqlarını təhqir edərək demişdi ki, onları dəmir qəfəsdə saxlamaq lazımdır".

YAP rəsmisinin fikrincə, Jirinovski ziddiyyətli açıqlamaları ilə Rusiya hökumətindəki müəyyən dairələrin sifarişini yerinə yetirir: “Yəni bu adamın ömrü boyu ziddiyyətli fikirləri olub. Bu yaxınlarda Azərbaycanla bağlı geniş şəkildə fikirlərini ifadə etdi. Yəqin ki, onun necə Azərbaycanı tərifləyib, ruslara nümunə göstərdiyinin şahidi olmusunuz. Hərdən onun təlxək olduğu haqqında fikirlər səsləndirilir. Amma bu, belə deyil. Jirinovski, sadəcə olaraq, ona ötürülən fikirləri ictimaiyyətə çatdırmaqla məşğul olan adamdır. Qaldı Jirinovskinin Azərbaycana gəlmək məsələsinə, istəyirsə, gəlsin. Təbii ki, hər bir vətəndaş Azərbaycana səfər edə bilər. Burada elə bir qəbahət yoxdur. Jirinovski isə Azərbaycan xalqından, azərbaycanlılardan üzr istəyəndən sonra ölkəmizə gələ bilər”.
Hafiz Hacıyev də Jirinovskinin səfərindən danışıb: “Jirinovski öz millətini sevən adamdır. Onun bu xarakterini alqışlamaq lazımdır. Jirinovski Azərbaycana gəlsə, onunla təmas qurmağa cəhd edəcəyəm”. 

Onun sözlərinə görə, Jirinovksinin Azərbaycana qarşı münasibətinin müsbətə doğru dəyişməsində özünün və müşavirinin çox böyük rolu olub: “Müşavirimi Jirinovskinin yanına göndərdim ki, Azərbaycan haqqında xoşagəlməz sözlər danışmasın. Həqiqətən də müşavirim ona müəyyən məlumatlar çatdırandan sonra Jirinovski Azərbaycan haqqında xoş ifadələr səsləndirməyə başladı. Özüm də Jirinovski ilə əlaqə saxlamaq üçün çox cəhdlər etdim. Lakin köməkçisi telefonu götürəndə hər dəfə deyirdi ki, Jirinovski Dumadadır. Sonradan müşavirim Jirinovski ilə görüşüb Azərbaycan həqiqətləri ilə bağlı kitabları ona verib.

Ona görə də Jirinovskinin Azərbaycan haqqında fikirləri dəyişdi. Onun ağıllandırılmasında mənim çox böyük rolum olub". H.Hacıyev Jirinovski ilə görüşəcəyi təqdirdə hansı məsələləri müzakirə edəcəyini də açıqlayıb: “Jirinovskinin proqramında partiya sədrləri ilə görüş olsa, mən bildiyim məlumatları ona çatdıracağam. 

Jirinovskinin atası haqqında bilmədiyi şeylər var. Onun atası türkdən törəyən bir adamdır. İstəsə atasının kim olduğunu, harada anadan olduğunu ona çatdıra bilərik. Biz onu Azərbaycana qarşı nifrətdən çəkindirmək üçün işlər görməyə hazırıq". 
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov isə interaz-a deyib ki, Jirinovskinin Azərbaycanla bağlı xoş sözlər səsləndirməsinin özündə gizli məqamlar var. 

Onun fikrincə, rusiyalı deputatın bu cür hərəkətlərini Rusiyanın “qamçı və qoğal” siyasətinin tərkib hissəsi kimi qiymətləndirmək olar: “Rusiyada daha səlahiyyətli dairələr Jirinovskinin dili ilə Rusiyanın Azərbaycanla bağlı siyasətində yumşalmanın mümkün olması ismarışını göndərir”.  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar