Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı başa çatıb

Jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanı başa çatıb


TQDK-dan APA-ya verilən məlumata görə, imtahanda magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və aprelin 11‑dən 20‑dək TQDK-nın internet saytı vasitəsilə jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq üçün qeydiyyatdan keçmiş 25 bakalavrdan 22 nəfəri iştirak edib.
 
Qeydiyyatdan keçmiş üç bakalavr imtahanda iştirak etməyib, 1 bakalavr isə “qeyri-məqbul” qiymət alıb. Qabiliyyət imtahanından “məqbul” qiymət almış 21 bakalavr may ayının 3-dən 10-dək olan müddətdə aparılacaq proqram seçimi zamanı jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ qazanıb.
 
TQDK-dan onu da bildiriblər ki, 21 bakalavrdan 14 nəfəri jurnalistika, digərləri isə başqa ixtisaslar üzrə təhsil almış məzunlardır: “Onlar iyunun 5-də keçiriləcək imtahanın ikinci mərhələsində həmin proqram üzrə inşa (esse) yazacaqlar. Bu bakalavrlardan mərhələ üzrə və ümumi müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə ixtisaslaşmaları seçə bilərlər. Bakalavrların magistraturaya qəbul imtahanının ikinci mərhələsində yazacaqları inşaya (esseyə) qoyulan tələblər və onların qiymətləndirilmə meyarları haqqında ətraflı məlumat “Magistr” jurnalının 2016-cı il tarixli 3-cü sayında verilib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar