Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KİV əməkdaşlarına mənzillərin verilməsi üçün sənəd qəbulu başa çatıb


Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış Komissiyaya sənədlərin qəbulu başa çatıb


Bu məlumatı Movqe.az-a eksklüziv açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli verib.

V. Səfərli bildirib ki, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış Komissiyaya sənədlərin qəbulu  may ayının 22-dən başlayaraq  iyun ayının 22-dək davam etdirilib: " Bu müddət ərzində yaradılmış Müvafiq Komissiyaya 850-ə yaxın sənəd təqdim edilib. Bundan əlavə KİV əməkdaşları tərəfindən mənzillərlə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına da sənədlər daxil olub. Biz Komissiya toplanmış sənədləri iyul ayının 1-dək seleksiya edərək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edəcəyik".

Qeyd edək ki, 2013-cü il, iyul ayının 22-də prezident İlham Əliyev Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Həmin sərəncama əsasən KİV əməkdaşları üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda 3 girişli, 17 mərtəbəli, 255 mənzildən ibarət daha bir bina inşa edilib. Jurnalistlər üçün tikilən ikinci binadakı mənzillər bu ilin iyul ayının 22-də, Milli Mətbuat günündə sahiblərinə təqdim ediləcək. 

Xatırladaq ki,  Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" 2010-cu il 22 iyul tarixli 1041 nömrəli Sərəncamına uyğun olaraq dövlət vəsaiti hesabına 17 mərtəbəli, iki bloklu, 156 mənzilli bina tikilərək  2013-cü ildə jurnalistlərin istifadəsinə verilib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar