Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KXCP-Milli Şura münasibətləri kəskinləşir


Xəzər Teyyublu: “Milli Şuranın tərkibinin bu cür genişləndirilməsinə ehtiyac yoxdur”


Milli Şuranın ötən həftənin sonunda keçirilən sessiyasına KXCP sədri Mirmahmud Mirəlioğlu və müavinlərinin qatılmamasına KXCP rəhbərliyi ilə Milli Şura arasında problemlərin səbəb olduğu haqda yazdıqlarımız təsdiqini tapıb. Məlum olub ki, KXCP rəhbərliyi Milli Şuranın sözügedən sessiyasında quruma AXCP-yə yaxın bir qrup şəxsin üzv qəbul ediləcəyini əvvəldən bilib və buna etiraz olaraq sessiyaya qatılmayıb. Dünən isə KXCP-nin Milli Şuradan tam tərkibdə çıxdığı haqda informasiya yayılıb.

Xəbəri dəqiqləşdirmək üçün KXCP sədrinin müavini Xəzər Teyyublu ilə əlaqə saxladıq. X.Teyyublu yeni üzvlərin qəbulu ilə bağlı etirazlarının olduğunu təsdiqləsə də, Milli Şuradan çıxdıqları barədə xəbərin yanlış olduğunu dedi. Sədr müavini qeyd etdi ki, Milli Şuranın son qərarından narazıdırlar və yeni üzvlərin quruma qəbul olunmasına etiraz edirlər: 

“Xatırlayırsınızsa, mayın 3-də KXCP-nin qərargahında keçirilən sessiyada Milli Şuranın genişləndirilməsi adı altında yeni üzvlər təqdim olundu. Biz o üzvlərin hamısına etiraz etmədik. Onların arasında bir-iki ziyalı və tanınmış şəxs var idi. Biz təklif etdik ki, yeni üzvlər Milli Şuraya daxil olan partiyalardan heç birinin üzvü olmasın. Bitərəf şəxslər olsun. O zaman AXCP tərəfindən təqdim edilən siyahıya etiraz etmişdik. Etirazımızdan sonra məsələ gündəlikdən çıxarıldı. Biz bildirmişdik ki, əgər Milli Şuranın tərkibi qurumda olan partiyaların üzvləri hesabına genişlənəcəksə, bunu genişlənmə adlandırmaq olmaz. Çünki Milli Şura daha geniş anlam daşıyır. Təəssüf ki, bu məsələ sanki heç müzakirə edilməmiş kimi yenidən sentyabrın 14-də keçirilən sessiyanın gündəliyinə daxil edilib. Yeni qəbul olunan üzvlər də Əli Kərimlinin rəhbərlik etdiyi qurumlara daxil olan şəxslərdir. Biz bu məsələdə Milli Şuraya uğurlar arzu edirik. Milli Şuranın tərkibinin bu cür genişləndirilməsinə ehtiyac yoxdur. Partiya üzvlərinin artırılması Milli Şurada daxili mübarizəyə səbəb olacaq. Biz mayın 3-də keçirilən sessiyada buna etiraz etmişdik, bu gün də etiraz edirik”.

X.Teyyublu KXCP-nin bundan sonra Milli Şuradakı fəaliyyəti ilə bağlı yaxın günlərdə qərar verəcəklərini söylədi: “Dediyim kimi, bu məsələ partiyamız tərəfindən etirazla qarşılanıb. Biz bu məsələni çox ciddi şəkildə müzakirə edəcəyik. Milli Şurada qalıb-qalmamaq məsələsi müzakirələr nəticəsində bəlli olacaq. Bu gün üçün Milli Şuranın üzvü olaraq qalırıq. Milli Şura ölkədə bir müxalif düşərgə olmalıdır. Müxalifət düşərgəsində iki qütbün olması xoş hal deyil”.

Milli Şuranın üzvü, VHP Ali Məclisinin sədri Rafiq Manaflı isə virtualaz.org saytına açıqlamasında səslənən etiraz və narazılıqlara baxmayaraq, Milli Şuraya yeni üzvlərin qəbul ediləcəyini deyib: “Milli Şuraya yeni üzvlərin qəbul edilməməsi qurumun dinamizmini aşağı salır. Əgər Milli Şuraya qoşulmaq istəyənlər varsa, buna imkan yaradılmalıdır. Qurumun əsasnaməsinə uyğun olaraq yeni üzvlər qəbul edilir. Bu prosesə start verildikdən sonra bunu dayandırmaq da düzgün olmaz. Yeni üzvlərin qəbul edilməsi ilə bağlı problem yaranarkən bunun həlli məsələsi Cəmil Həsənliyə həvalə edilmişdi. Bildiyim qədəri ilə də bu istiqamətdə danışıqlar aparıldı. Yeni üzvlərin qəbul edilməsinə etiraz etmək olmaz”.

R.Manaflının mövqeyi onu deməyə əsas verir ki, KXCP-nin nə deməsindən asılı olmayaraq, yeni üzvlərin qəbulu əvvəlki şəkildə davam etdiriləcək. Bu isə KXCP ilə münasibətlərin daha da kəskinləşməsinə gətirib çıxaracaq.

Xatırladaq ki, sentyabrın 14-də keçirilən sessiyada Milli Şuraya Məlahət Nəsibova (Naxçıvanda fəaliyyət göstərən hüquq müdafiəçisi və jurnalist), Qənimət Zahid (“Azadlıq” qəzetinin baş redaktoru), Fəxrəddin Mehdiyev (vəkil), Vahid Məhərrəmov (iqtisadçı), Məhəmməd Talıblı (iqtisadçı), Yalçın Qəhrəmanov (Ukraynada diaspor fəalı), Araz Gündüz (yazıçı-tərcüməçi) və İsa Sadıqov (Azərbaycan ordusunun keçmiş zabiti, polkovnik) üzv qəbul ediliblər. KXCP bu şəxslərin əksəriyyətinin AXCP-yə bağlı olduğunu bəyan edib.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Akif Çovdarov yenidən hakim qarşısında: 30 milyonluq əmlakın taleyi necə olacaq?

Ən çox oxunanalar