Əfqanıstanın paytaxtı Kabildə silahlı şəxslər Amerika universitetinə hücum edib
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 12 nəfər yaralanıb.
Universitetin binasında onlarla tələbə və müəllimin qaldığı bildirilir.
Polis insidentin terror aktı olduğunu istisna etmir. Binaya daxil olmazdan öncə silahlılar partlayış törədiblər.
pia.az