Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kann festivalında kimlər var?


Vudi Allen, Qas Van Sent, Natali Portman, Todd Xeyns... Bu il Kann festivalında bu müəlliflərin işləri olacaq


68-ci Kann festivalı əsas müsabiqə proqramını elan edib. 

Kulisin gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, festivalın “Xüsusi baxış” proqramı da ictimaiyyətə açıqlanıb.
 
Kann festivalı mayın 13-də “Başını dik tutaraq” filmi ilə işinə başlayacaq. Festivalın tarixində ilk dəfədir ki, açılış qadın rejissorun çəkdiyi filmlə başlayır. Rejissor Emmanuel Berko bu filmində baş rola Ketrin Denevi çəkib.
 
Festivalda daha bir ilk var - jürinin sədri bir yox iki nfər olacaq: Coen və İtan Koen qardaşları.
 
Əsas müsabiqə proqramı daha çox tanınmış və ya artıq özünü sübut etmiş rejissorlardan ibarətdir: “Möhtəşəm gözəllik” filmi ilə Oskar qazanmış Paulo Sorrentino festivala “Gənclik” filmi ilə qatılır. Filmdə əsas rolları Maykl Keyn və Xarvi Keytel oynayıb.
 
Hələ 2009-cu ildə Kann festivalının Qran-pri mükafatını qazanmış Jak Odiyar bu dəfə əsas müsabiqə proqramında “Dipan” filmi ilə qatılır. Matteo Qarrone (Qomorra” filminin rejissoru) “Nağıllar nağılı” filmi ilə, Nanni Moretti isə “Bizim atamız var” filmi ilə festivalda iştirak edəcək.
 
Əsas proqrama avstraliyalı rejissor Castin Kurtselin “Makbet” adlı ekranizasiyası da salınıb. Filmdə əsas rolları Martin Fassbinder və Marion Kotiyar oynayıb.
 
Əsas müsabiqədə iki məşhur ad daha var: Todd Xeyns və Qas Van Sent. Xeyns böyük kinoya 8 illik televiziya fəaliyyətindən sonra dönüb. Van Sentin “Ağac dənizi” Fudzi dağında azmış amerikalı və yaponun qəribə dostluğundan bəhs edir.
 
Müsabiqədə Asiyadan üç film  - “Dağlar gedə bilər” (Tsızya Çjan), “Bizim kiçik bacımız” (Xirokadzu Kore-Eda) və “Assasin” (Xou Syasyan) iştirak edəcək.
 
Tanınmamış müəllifləri kəşf etmək “Xüsusi baxış” alternativ proqramına həvalə olunub. İslandiya (“Qoyunlar”, Qrimur Xakoranson), Hindistan (Masaan” Niraca Hayvana), Fransa “Mən əsgərəm” Loran Larivyer), Xorvatiya (Zenit” Dalibora Mataniç) və başqa ölkələrin kinematoqrafçıları təmsil olunub. Bu filmlərin çoxu debüt və ya ikinci filmlərdir. Yeganə istisna rumin rejissorları Kernelliu Porumboyun “Xəzinə”, Radu Muntyanın “Bir mərtəbə aşağı” filmləridir.
 
Builki müsabiqədənkənar proqram insanın daxili yaşantısı mövzusuna həsr olunub. Bu proqramda iki cizgi filmi var. Bunlardan biri  Antuan de sent Ekzüperinin “Balaca Şahzadə” əsərinin Mark Osborn (“Kunq Fu Panda” və “Süngər Bob”un rejissoru) tərəfindən ekranizasiyasıdır. İkinci cizgi filmi insanın daxili yaşantısı haqqındadır: “Başsındırma” filminin rejissoru tamaşaçılara məşhur  “Valli” animasiyasından tanışdır.
  
Vudi Allenin bu proqrama salınmış 49-cu filmi onun ənənəvi ekzistensial sıxıntı yaşayan qəhrəmanı haqqındadır. O, özünə gənc tələbə ilə yenicə yaranan münasibətlərlə təsəlli tapır. Filmdə Emma Stoun, Xoakin Feniks, Parker Pouzi çəkilib. Xatırladaq ki, Vudi Allen bircə dəfə - 1985-ci ildə “Qahirənin qırmızı qızılgülü” filmi ilə Kann Festivalının mükafatlarına layiq görülüb.
 
Xüsusi baxışın ən gözlənilən filmlərindən biri də Natali Portmanın “Sevgi və qaranlıq haqda povest” filmidir. Natali burda həm rejissor, həm aktyor, həm də ssenari müəllifi kimi işləyib. Bundan Əlavə, Süleyman Sissenin “Oka” filmi və İran rejissoru Barbet Şrederin “Asfalt” filmi var.
 
Xatırladaq ki, Kann festivalı mayın 24-də yekunlaşacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar