Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kardaşyanın yanı və bizim yanımız



Afət Yaqubova yazır


Mənim kimsənin şəxsiyyəti ilə işim yoxdur. Bir onu bilirəm ki, erməni xalqı qarşısında olan borcunu artıqlaması ilə yerinə yetirdi. “Xalqım mənə nə verib ki?” davası döyməyən Kardaşyan ona erməni genləri ilə keçmiş və (Allah, keç günahımdan!) “çörək ağacına” çevrilmiş iri yanına görə minnətdardır.
 
O yan ki, bizdə orta statistik hesab olunur və avtobusda, metroda, yolda hər addımda yerimizi dar etdiyinə, bizə mane olduğuna görə “Ay xala, yavaş da!” © deyib keçirik.
 
Amma bu formada istifadə… Təbii ki, çiyinləri geniş, yanları dar olan avropalılar arasında öz genlərindən kreativ istifadəyə görə Kardaşyana afərin düşür. 

bbc sıravi ermənilərin “Bizim qızlar belə deyil. İstəmirik ki, erməni xalqını Kardaşyanın biznesi ilə tanısınlar” dediklərini yazsa da, bütün dəb gündəliklərinin manşeti Kimin “soyqırım abidəsi”ni ziyarətindən yazdı. Pulsuz-parasız…
 
Amma biz… Böyük pullar töküb Avropa-Amerika ulduzlarını Azərbaycana gətirənləri də qınamaq olmur… Sudanmıdır, ya tərbiyədən, əsil-nəsli Şimali və ya Cənubi Azərbaycandan olan istənilən dünya şöhrətli adam – riyaziyyatçımı, rejissormu, yazıçımı…- daş atıb-başını tutur ki, azərbaycanlı deyil.
 
Demirəm ki, indi biz də yanımızı açıb çöldə qoymalıyıq. Yox, iraq olsun.
 
Demək istədiyim, vətən bizə nə edir etsin və ya etməsin, daşıdığımız genlərin içində ən yaxşı şeyin, bizə fərqlilik və ucalıq gətirən xüsusiyyətin məhz azərbaycanlı olduğumuza əminliyimizdir. Övladlarınızı “çoban dilidir” deyib, azərbaycanca danışmağa qoymaya bilərsiniz, amma o uşaqdan Avropanın istənilən universitetindən gələcəkdə bir şey çıxacaqsa, elə haradansa götürdüyü o genlərdən çıxacaq.
 
Nə isə, çox uzun danışdım bu dəfə…
 
Sözümün canı odur ki, həmin o yandan təyinatı üzrə istifadə edək. Yanımız çatsın ki, başqalarının etmədiyini edə bilək, cəsarət göstərək, etiraf edək.
 
Əks halda, yanımız elə oturmağa və bir də təpiklənməyə yarayacaq.  (lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar