Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kasıblar üçün market Azərbaycanda da açıla bilərmi?!


“Kənd Təsərrüfatı Nazirliyi ilə İqtisadiyyat və Sənaye Nazirliyi ölkədə yaşıl marketlərin yaradılması istiqamətində birgə iş aparır”


Yəqin ki, çoxları kənd təsərrüfatı naziri Heydər Əsədovun bu açıqlamasını xatırlayır. Nazir ötən ilin əvvəlində jurnalistlərə yaşıl marketlərin yaradılacağını söyləmişdi.

Yaşıl marketlər yerli istehsalın, daha dəqiq desək, ərzaq və kənd təsərrüfatı məhsullarının qiymət artımının qarşısını almağa hesablanıb.

Layihəyə əsasən, yaşıl marketlər istifadəyə veriləndən sonra fermerlər üçün şərait yaradılacaq, başqa sözlə, fermerlər istehsal etdikləri məhsulları ikinci şəxs olmadan birbaşa bazara çıxarıb ucuz qiymətə sata biləcəklər. Artıq paytaxtın bir çox rayonlarında yaşıl marketlər tikilir.

Yaşıl marketlərin qiymətlərə təsir edib-etməyəcəyini indidən proqnozlaşdırmaq istəmirik. Amma nəzərə alaq ki, 8 ildir fəaliyyət göstərən kənd təsərrüfatı yarmarkaları da süni qiymət artımının və alverçilərin qarşısını almağa, əhalinin aztəminatlı hissəsinin maraqlarını qorumağa yönəldilmişdi. Bu plana görə, rayon icra hakimiyyətləri ilə nazirlik əl-ələ verərək rayonlardan məhsulların Bakı bazarlarına daşınmasını və satışını təşkil edəcək, kəndli məhsulunu satacaq, şəhərli isə təzə, keyfiyyətli və nisbətən ucuz məhsul ala biləcəkdi.

Amma çox keçmədi ki, yarmarkalar alverçilərin oylağına çevrildi. İş artıq o yerə çatıb ki, paytaxtın bazarlarından alınan məhsullar iki, bəzən isə üçqat qiymətə alınaraq yarmarkalarda satışa çıxarılır. Yəni yarmarkalar öz funksiyasını çoxdan itirib, kampaniyaçılıq alətinə çevrilib. Bir sözlə, yarmarkalar həm keyfiyyət, həm də qiymət baxımından bazarlara uduzub.

Bəs yaşıl marketlərin də eyni taleyi yaşamayacağına kim zəmanət verə bilər?

Amma əhalinin aztəminatlı hissəsinin maraqlarını qorumağa yönəldilən layihələrə ehtiyac var. Üstəlik, məhsul istehsalının azalması, neftin qiymətinin düşməsi fonunda qiymət artımını da nəzərə alsaq, kasıblar üçün əlçatan marketlərin yaradılması zəruridir.

Necə ki, artıq dünyanın müxtəlif ölkələrində kasıblar üçün marketlər istifadəyə verilib. Məsələn, 6 ildir İngiltərədə xalq marketləri istifadəyə verilib. Kasıblar üçün xüsusi supermarketlərdə üzvlük sistemi yaradılıb. Bu marketlərdə satılan ərzaq məhsulları digər, adi marketlərdə satılanlardan nə keyfiyyətinə, nə də digər özəlliklərinə görə əsla fərqlənmir. Yəni hər ikisində eyni məhsullar satılır, sadəcə fərqli qiymətə. Qiymətdə və qazancda yaranan fərqə gəlincə isə sahibkar bu problemi yerli bələdiyyənin ayırdığı subsidiya, yaxud tətbiq etdiyi vergi güzəşti hesabına həll edir.

Maliyyə böhranı yaşayan Rusiyanın əksər şəhərlərində də çoxuşaqlı ailələrə güzəştlə məhsul satan marketlər yaradılıb. Bu güzəştlərdən biri dərman və ərzaqla təminatdır.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da virtualaz.org saytına açıqlamasında belə marketlərin açılmasının vacib olduğunu bildirir.

V.Məhərrəmovun sözlərinə görə, əksər ölkələrdə, məsələn, Amerika, Avropa ölkələrində kasıbların ərzaq məhsulları ilə təminatına dair proqramlar qəbul olunub: “Məsələn, Amerikada aztəminatlı ailələrə talon verilir. Onlar kasıblar üçün yaradılan marketlərə gedib talon əsasında ərzaq ala bilirlər. Üstəlik, bu marketlərdə keyfiyyətli məhsullar satışa çıxarılır. Çünki dövlət kompensasiya verir, sahibkar ucuz mal satdığı üçün ziyana düşmür”.

V.Məhərrəmov dedi ki, Avropa ölkələrində də kasıblar üçün xüsusi marketlər yaradılıb. Məvacibi az olan və ya işləməyən ailələr oradan xüsusi imtiyazlarla məhsul ala bilirlər: “Əvvəlki kənd təsərrüfatı naziri yarmarkaların yaradılmasını təklif edərkən məhsulların ucuz satılacağını düşünürdü. Halbuki fermerlər istehsal etdikləri məhsulları Bakıya gətirib ucuz satmaqda maraqlı ola bilməzdilər. Yəni Kənd Təsərrüfatı Nazirliyi vəziyyəti düzgün qiymətləndirə bilmədi. Yeni kənd təsərrüfatı naziri isə bu haqda düşünməlidir. Hökumət əhalinin aztəminatlı təbəqəsi üçün proqram hazırlamalıdır”.

Ekspertin fikrincə, fermerlərin marağı da nəzərə alınmalıdır: “Xüsusi imtiyazlar verilmiş marketlər tender vasitəsilə seçilə bilər. Tenderə qatılan marketlər daha çox gəlir əldə etməyə deyil, daha çox müştəri cəlb etməyə çalışmalıdırlar. Dövlət büdcəsindən maliyyə vəsaiti ayrılmalıdır. Bundan əlavə, ucuz marketlərdə satışa çıxarılan məhsulları iri fermer təsərrüfatlarından deyil, kiçik fermerlərdən almaq lazımdır. Beləliklə, kiçik fermer təsərrüfatlarının da inkişafına şərait yaratmaq olar”.

Bu arada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının  (FAO) ərzaq və qidalanmanın vəziyyətinə dair ötən ilin son hesabatını xatırladırıq.

FAO-nun hesabatında qeyd olunur ki, qidalanmanın enerji mənbəyinə əsasən Azərbaycanda gündəlik fizioloji tələbatın ödənilməsi üçün kilokalori hesabı ilə enerjinin 58,4 faizinin mənbəyi dənli bitkilər hesab olunur. Bu göstərici inkişaf etmiş ölkələrdə 20-25 faiz arasında dəyişir. Azərbaycanda ət, heyvan və bitki mənşəli yağlar, süd və meyvəz-tərəvəz məhsullarının qidanın enerji tərkibində xüsusi çəkisi 24,3 faizdir. Bu göstərici isə inkişaf etmiş ölkələrdə 55-60 fazidən yuxarı olur.

...Hələlik gözlər kasıbları sevindirəcək kağız üzərindəki planlara dikilib. Yarmarkaların öz labüd finalına yaxınlaşması, estafetin yaşıl marketlərə verilməsi nəyi dəyişəcək? Yəqin ki, bunu zaman deyəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar