Gürcüstanın xarici işlər naziri Maya Pancikidze ilə energetika və təbii sərvətlər naziri Kaxa Kaladze Bakıya səfər edəcəklər
Bu barədə Gün.Az-a Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfərdə məqsəd sentyabrın 8-9-da keçiriləcək "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin və energetika, iqtisadiyyat nazirlərinin qeyri-formal görüşündə iştirak etməkdir
Nazirlərin Bakıda bir sıra ikitərəfli görüşlər keçirmələri də planlaşdırılır.