Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş ABU hissə-hissə müsadirə olunur


ABU-nun ərazisi tamamilə metro deposunun gözünə qatılır, həbs qoyulan əmlaka müdaxilə var


Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) ərazisi hissə-hissə sabiq rektor Elşad Abdullayevdən alınır. 

ABU-nun böyük həyətyanı sahəsi metro deposunun tikintisinə görə plana düşür. 

Universitetin ərazisi getdikcə kiçilir və bu massiv deponun gözünə qatılır. Universitet E.Abdullayevin şəxsi mülkü olsa da, əmlaka həbs qoyulub. Onu nə almaq, nə satmaq mümkündür. Müxbirimiz bu ərazidə olarkən öyrənib ki, E.Abdullayevin razılığı olmadan ABU-nun ərazisindən deponun massivi kimi istifadə olunur. 

Ərazidə işləyənlər isə deyirlər ki, onlara hara qədər tikinti işləri aparmaq icazəsi verilibsə, ondan kənara çıxmırlar. Universitetə aid yeməkxana sökülüb, ətrafdakı tikililər dağıdılıb. E.Abdullayevin yaxınları mülkün özəlləşdirildiyini açıqlasalar da, əmlaka müdaxilə olunur. Əslində dövlət əhəmiyyətli obyekt söküldüyü halda sahibinə kompensasiya verilməlidir. 

Ancaq hakimiyyətlə E.Abdullayev arasındakı konflikt o dərəcə dərindir ki, ABU-nu ondan soruşmadan sökürlər. Bu ali məktəbdə testdən kənar qəbul olunmuş tələbələrin sənədləri isə hələ də prokurorluqdadır. Minlərlə məzun diplomunu ala bilməyib. 

Təhsil naziri Mikayıl Cabbarov Şirvanda vətəndaşları qəbul edərkən “Yeni Müsavat”a bildirmişdi ki, ABU məzunlarının problemi qanunvericilik çərçivəsində həll edilməlidir. Amma sabiq rektorla bağlı olduğu üçün məzunların sənədləri prokurorluqdan nazirliyə verilmir. 
 Xatırladaq ki, 2010-cu il sentyabrın 1-də  o zamankı təhsil naziri Misir Mərdanov ABU-nun fəaliyyətinə verilmiş lisenziyanı qüvvədən düşmüş hesab edib və bir müddət sonra rektor Elşad Abdullayev ölkəni tərk edərək Fransaya sığınıb. Onun sonradan mediada dərc olunan məktublarından belə anlaşılıb ki, ABU hakimiyyətdaxili qruplaşmaların oyununun qurbanı olub.




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar