Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş deputat FETÖ və gülənçilərdən danışdı

Milli Məclisinin keçmiş deputatı, vaxtilə bu və ya digər qruplaşmada adı hallanan Ceyhun Osmanlının Türkiyədə baş verən 15 iyul qiyamı, Azərbaycanda fətullahçılara qarşı hüquq mühafizə orqanlarının apardığı iş və Fətullah Gülənə münasibəti xeyli müddətdir ki, diqqət mərkəzindədir


Bu marağı nəzərə alaraq, hazırda ölkədən kənarda olan C.Osmanlının Axar.az-a eksklüziv müsahibəsini təqdim edirik:
 
- Baş Prokurorluq, DİN və DTX Gülən hərəkatının Azərbaycandakı fəaliyyəti ilə bağlı istintaq-əməliyyat qrupu yaradıb. İstintaqın gedişində sizin də ifadənizin alındığı deyilir…
 
- Tamamilə cəfəng məlumatdır. Mən yay ərzində demək olar ki, səyahətdə olmuşam və Azərbaycanda olmamışam. Hazırda da Ukraynada tətildəyəm. Dövlətimiz böyük və qüdrətlidir. Kimin kim olduğunu yaxşı bilir.
 
- Azərbaycanda Gülən hərəkatına qarşı aparılan əməliyyatlara münasibətiniz necədir?
 
- Ümumiyyətlə, belə araşdırmaların olması çox yaxşıdır ki, şər-böhtanla məşğul olan insanların kimliyi ortaya çıxsın. Düşünürəm ki, əgər hansısa sayt bir adamı yanlış olaraq hansısa cərəyanın üzvü kimi göstərirsə, demək, sifarişi elə o cərəyandan alır ki, kimlərisə müdafiə etsin, kimlərdənsə diqqəti yayındıraraq, ictimai rəyi başqa adamlara yönləndirsin.
 
- 15 iyulda FETÖ Türkiyədə hərbi çevrilişə cəhd etdi. 246 nəfər həlak oldu, 1500-dən artıq dinc sakin yaralandı. Bu qiyamı necə qiymətləndirirsiniz?
 
- Müstəqil ölkələrin konstitusion düzəninə qarşı olan istənilən fəaliyyətin əleyhinəyəm. Bizim ailədə gözümüzü açandan Heydər Əliyev siyasəti təbliğ olunub və biz də bu ruhda böyümüşük, bu siyasəti təbliğ edirik. Azərbaycan üçün də Heydər Əliyevin azərbaycançılıq siyasətinin alternativi olmadığını düşünürəm. Əgər kimsə bu siyasətə qarşıdırsa, əvvəlki kimi, indi də belə insanların qarşısında olacağam.
 
Türkiyədəki hərbi çevriliş cəhdinə gəlincə, bu xəbəri eşitdiyim ilk saniyələrdə Feysbukda münasibət bildirib, bunu qəti şəkildə qınamışam.
 
- Fətullah Gülənin ABŞ-dan ekstradisiyası gündəmdədir. Terrorçubaşının Türkiyəyə gətirilməsinə necə baxırsınız?
 
- Türkiyədəki hərbi çevilişdə iştirak etmiş istənilən şəxs qanun qarşısında cavab verməlidir. Mən Türkiyəni hər zaman bölünməz, həmrəy və güclü görmək istəyirəm. Qardaş ölkəmizin sabitliyinə xələl gətirən hər bir addım ürəyimizi ağrıdır. Bu məsələlərlə bağlı mənim mövqeyim Azərbaycan dövlətinin mövqeyi ilə eynilik təşkil edir. Dövlətimiz nə düşünürsə, mən də onun tərəfdarıyam.
 
- Gülənçilərin Azərbaycanda fəaliyyəti hansı səviyyədədir?
 
- Azərbaycan xalqı və Azərbaycan hökuməti həmrəydir. Azərbaycanın ictimai-siyasi həyatı, o cümlədən sosial və iqtisadi siyasəti peşəkarcasına həyata keçirilir. Azərbaycanın qlobal inkişaf hədəfləri və əzəmətli duruşu qarşısında kiminsə, hardasa nə deməsi və ya deməməsi Azərbaycanı qorxutmur və ya narahat etmir. Biz öz inkişafımızla məşğuluq. Bizim dövlətçəlik təcrübəmiz və hüquq mühafizə orqanlarımızın peşəkarlığı imkan verir ki, yaxşını pisdən, oğrunu doğrudan, xeyiri şərdən ayırsınlar.
 
- Hazırda nə işlə məşğulsunuz?
 
- Siyasətlə məşğul deyiləm. Xəbərləri də fəal izləmirəm. Məşğul olduğum ən önəmli iş 3 oğlumu tərbiyə etməkdir.
 
- Siyasətə qayıtmağı düşünürsünüz?
 
- Siyasətlə bağlı fikrim yoxdur.
 
- “İrəli” hərəkatının qurucularından olaraq hazırda bu təşkilatın fəaliyyəti sizi qane edir?
 
- Mirhəsən (İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov – red) istedadlı gəncdir. Əllərindən gələni edirlər ki, təşkilat inkişaf etsin.
 
- 27 iyun 2014-cü ildə Mirhəsən Seyidovun sədr seçildiyi tədbirdə niyə iştirak etmədiniz?
 
- Mirhəsən sədr seçilən gün mən başqa önəmli tədbirdə idim. Amma ilk təbrik edənlərdən olmuşam.
 
- Ölkəyə nə vaxt qayıtmağı düşünürsünüz?
 
- 1 həftə sonra Azərbaycanda olacağam.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Borrell Fələstinin Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar