Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş məhkumları cəmiyyətə necə qaytaraq?


2013-cü ilin statistik göstəriciləri ABŞ-da 1 milyon 260 min məhkumun olduğundan xəbər verir


Bu qədər məhkumun illik xərci 50 milyard dollara başa gəlir. Lakin dövlət həbsxanaların tabeliyində olan istehsalat müəssisələridə məhkumların əməyindən istifadə edərək 72 milyard dollar gəlir əldə edir. Buna görə də bir çox şirkətlər ucuz işçi qüvvəsi toplamaq üçün öz müəssisələrini xaricdə deyil həbsxanalarda qururlar. Bu həm məhbuslara yardım edir, həm də ölkədəki ticarətin inkişafına təkan verir.

Bütün dünyada olduğu kimi, ölkəmizdə də cəza çəkməkdən azad olan insanlar yenidən cəmiyyətə adaptasiya prosesində ciddi problemlər yaşayırlar. Əvvəllər məhkumluq həyatı yaşamış bir insan hər yerdə fərqli münasibətlə qarşılaşır. Onlara hər zaman “cinayətkar” nəzəri ilə baxılır. Bu insanlar keçmişdə cinayət törətsə də, unutmamaq lazımdır ki, onlar öz cəzalarını çəkib, islah olunublar. Azadlığa çıxdıqdan sonra normal həyatlarına davam etmək istəsələr də, üzləşdikləri problemlər onların bu istəklərinə əngəl olan başlıca amillərdəndir. Bunların arasında ən sıx rast gəlinən problemlərdən biri də azadlığa çıxanların işsizlik məsələsidir. Azərbaycan Respublikasının qanunvericiliyində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərəcək amillərin qarşısının alınması məqsədi ilə hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlərin həyata keçirilməsini nəzərdə tutan maddələr yer alıb. Sosial adaptasiya tədbirlərinin həyata keçirilməsində qanunvericiliyin müəyyən etdiyi bələdiyyələr, fiziki şəxslər, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları könüllü olaraq iştirak edə bilərlər.

Ölkəmizə nəzər saldıqda 20 minə yaxın məhkumun olduğunu görərik. Onların arasında elələri var ki, 8-10 il məhkumluq həyatı yaşayırlar. Bu da onların uzun müddət cəmiyyətdən uzaq qalmasına səbəb olur. Nəticədə azadlığa çıxdıqdan sonra sosial münasibət qurmaqda çətinlik çəkirlər. “Zaman-Azərbaycan” qəzetinə müsahibə verən Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov keçmiş məhbusların cəmiyyətə inteqrasiyasını təmin etmək üçün reabilitasiya mərkəzlərinin önəmini qabardıb: “Çox yaxşı olardı ki, məhbusların cəmiyyətə adaptasiyasını təmin etmək üçün reabilitasiya mərkəzləri olsun. Hansı ki, onlar bu mərkəzlərdə cəmiyyətə normal şəkildə inteqrasiya vərdişlərinə yiyələnir, treninqlər, seminarlar keçirlər. Eyni zamanda sosioloq, psixoloq və ilahiyyatçıları da bu işə cəlb etmək olar.

Bundan başqa, onlara hər hansı peşənin öyrədilməsi, əməyə alışdırılması baxımından işlər aparılması daha məqsədəuyğun olar”. Ailəli olan məhkumların uzun müddət onlardan ayrı qalmasının ailədaxili münasibətlərə də təsirsiz ötüşmədiyini deyən E. Rüstəmov bu istiqamətdə də addımların atılmasının önəmini vurğulayıb: “Bir qisim məhkumlar ailədən, həyat yoldaşından, uşaqlarından kənarda qalırlar.

Onlara ailədaxili münasibətlərin qurulması və bərpası üçün psixoloji yardım göstərmək yaxşı olardı. Ümumiyyətlə, bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsi məhkumların müstəqil həyata, azadlığa adaptasiyasını gücləndirə bilər. Bu olmadığı təqdirdə, bir sıra problemlərin yaşanması qaçılmazdır. Bu gün cinayət törədənlərin böyük əksəriyyəti əvvəllər məhkum olunmuş şəxslərdir. Bu da onu göstərir ki, cinayət törədən şəxs cəzaçəkmə müəssisəsində islah olunmayıb, o, sədəcə, cəzasını çəkib...”. E. Rüstəmov bu baxımdan reabilitasiya mərkəzlərinin təşkil olunmasının vacib olduğunu deyib. ***

Psixoloq E. Rüstəmov keçmiş məhkumların ən ciddi problemlərinin işsizlik məsələsi olduğunu da qeyd edib: “Bu gün ən böyük problemlərdən biri də cəzasını çəkib bitirən insanlara hələ də “cinayətkar” damğası ilə yanaşılmasıdır. Bu düşüncənin aradan qaldırılması çox vacib məsələlərdəndir. Nəzərə almaq lazımdır ki, zaman keçdikcə həmin insanlar öz cəzasını çəkib, bitiriblər və yeni bir həyata başlamaları üçün dəstəyə ehtiyacları var. Hesab edirəm ki,

ilk növbədə, onların işlə təmin olunmasında müəyyən güzəştlər olunmalıdır. Bu cür güzəştlər onların yenidən cinayət törətməsinin qarşısını ala bilər. Araşdırmalar göstərir ki, cinayətkarların böyük əksəriyyəti, əvvəlcə, məhkumluq həyatı yaşayanlardır. Onların yenidən cinayət törətməsinə cəmiyyətin laqeyd münasibəti də müəyyən qədər təsir edir. Düşünürəm ki, onların reabilitasiyası istiqamətində kompleks tədbirlər görülsəydi, bu amil təsiredici rol oynamazdı”.

Dövlətin məhbusların yenidən cəmiyyətə inteqrasiyasını təmin etmək üçün reabilitasiya mərkəzinin tikilməsinə qərar verdiyini deyən psixoloq tezliklə bu istiqamətdə müsbət nəticələrin əldə olunacağını bildirib: “Düşünürəm ki, bu addım müsbət nəticələrin əldə edilməsində mühüm rol oynayacaq. Artıq müvafiq orqanlar da bu istiqamətdə işlərə başlayıblar. Bu reabilitasiya prosesi aparılsa, onların cəmiyyətə adaptasiyası daha tez nəticə verəcək”.

***

Bizdə cəzaçəkmədən azad olan şəxslərə fərqli yanaşılsa da, bir çox Avropa ölkələrində həmin müddət islah olunma kimi dəyərləndirilir. Cəzasını çəkdikdən sonra azadlığa çıxan məhbus əvvəlki səhvlərini təkrar etməməyi, yeni həyat qurmağı qərara alsa da, qarşılaşdığı problemlər onun bu istəyini ürəyində qoyur. Belə ki, cəmiyyətin bu insanlara “cinayətkar” nəzəri ilə baxması onların sosial mühitdən təcrid olunmasına səbəb olur. Psixoloq bu vəziyyəti normal hal kimi qiymətləndirir: “Hesab edirəm ki, cəmiyyətin məhkumluq həyatı yaşamış insanlara normal yanaşması da doğru olmazdı.

Belə olsaydı, hər kəs potensial cinayətkar olardı. Cəmiyyət tərəfindən qınaqların olması normal haldır. Lakin onların işlə təmin olunması, cəmiyyətə yenidən uyğunlaşması prosesinə əngəl olan düşüncənin aradan qaldırılmasına çalışmaq lazımdır. Bu da dövlətin və cəmiyyətin birgə iştirakı ilə olmalıdır. Yəni ictimai qınağın tamamilə aradan qaldırılmasını tələb etmək doğru deyil”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar