Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş polisi “Lexus”da öldürən şəxs kriminal aləmə bağlı olub


Avqustun 28-nə keçən gecə Nizami rayonu, Əzimzadə küçəsi, 20 ünvanında baş vermiş dəhşətli qətl hadisəsini törədən 1982-ci il təvəllüdlü Rövşən Həsənov barədə şok faktlar üzə çıxıb


Aznews.az saytı xəbər verir ki, keçmiş polis əməkdaşını güllələyərək öldürən həmin şəxs kriminal aləmə yaxın adam olub. Məlumata görə, R.Həsənovun “oğru aləmi”ndə xeyli dostları var.

Deyilənləri onun facebook sosial şəbəkəsindəki statuslarından da görmək olar. Daha çox kriminal xəbərləri paylaşan, bu sahəyə aid statuslar yazan Rövşən Həsənovun “oğru dünyasına” marağı dərhal görünür.

O, statuslarından birində özü barədə demək olar ki, açıq məlumat verib: “Biz qanuni oğrular deyilik, lakin anlayışlı insanlar bizə dəyər verirlər. Biz reket deyilik, lakin hamı bizimlə hesablaşır. Biz silahlı deyilik, lakin həmişə təhlükəliyik. Bizi heç yerdə gözləmirlər, lakin bizi görməyə hər yerdə şaddırlar. Biz azıq, lakin biz vahidik. Biz - azərbaycanlılarıq”. 

Onun kriminal aləmlə yaxınlığını facebook hesabında yayımladığı video da sübut edir. Doğum günündə çəkilmiş videoda meyxanaçılar Rəşad Dağlı və Pərviz Bülbülə yalnız kriminal aləmə aid meyxanalar deyir və Rövşən Həsənovu tanınmış avtoritetlərin davamçısı kimi təqdim edirlər. Hətta onlar söylədikləri meyxanaların birində “Vaxtında Mamed gedən yolları indi də Rövşən gedir aşikarə” deyə vurğulayıblar.

Məlumat üçün qeyd edək ki, Rövşən Həsənəv facebookda öz adı ilə qeydiyyatdan keçmədiyi üçün həmin profili qeyd etmirik. Bildirək ki, qeydiyyatdan keçdiyi ad da kriminal aləmə aid ləqəbdir. 

Qeyd edək ki, həmyerlisi Rövşən Həsənov N.İbrahimovu aralarında yaranan münaqişə zəminində “Makarov” tapançasından açdığı 8 güllə ilə qətlə yetirib. Baş Prokurorluğun məlumatında bildirilir ki, saat 01 radələrində 1982-ci il təvəllüdlü Rövşən Həsənov Nadir İbrahimovu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zəminində “Makarov” markalı tapançadan ona 8 dəfə atəş açaraq qətlə yetirib.

R.Həsənov hadisə yerindən özünəməxsus “Lexus” markalı, 10 VM 006 dövlət qeydiyyat nişanlı avtomobillə uzaqlaşarkən “Chevrolet” markalı avtomobillə toqquşub. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət almış R.Həsənov xəstəxanaya yerləşdirilib. Nadir İbrahimov isə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılsa da onu xilas etmək mümkün olmayıb. Hadisəni törədən Rövşən könüllü olaraq Nizami Rayon Polis İdarəsi 25-ci polis bölməsinə gedərək istintaqa təslim olub. O, “Makarov” markalı tapançanı və patron darağını təhvil verib. 

Qətlə yetirilən 1975-ci il təvəllüdlü Nadir İbrahimov keçmiş polis işçisi olmaqla yanaşı adı qalmaqallarda hallanan “Butastone” tikinti şirkətinin təsisçilərindən biri olub. Daha maraqlı fakt isə budur ki, qətlə yetirilən N.İbrahimov həmin şirkətdə şəriki olan Namiq Əsədovla uzun müddətdir ki, konfliktdə imiş. N.Əsədov isə bir müddət əvvəl “Beynəlxalq Bank işi” ilə əlaqədar tutulan və daha sonra sərbəst buraxılan iş adamı Nizami Piriyevin qaynıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar