Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş vəkilin işi yenidən məhkəməyə göndərilib


Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Mənsum Bayramov barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib


Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, iş baxışdan çıxarılıb, birinci instansiya məhkəməsinə qaytarılıb. İşə yenidən Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Mənsum Bayramov 2014-cü ilin sentyabrında dələduzluqda təqsirli bilinərək həbs olunub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib. Xatırladaq ki, uzun illər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin Rəyasət Heyətinin üzvü olmuş M.Bayramov 2005-ci ildə AXCP-dən deputatlığa namizədliyini irəli sürüb. 

Mənsum Bayramov həbs olunan vaxta kimi Vəkillər Kollegiyasının da üzvü olub. 2015-ci ilin noyabr ayının 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Bayramov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Bayramov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. (report.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar