Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəfənə bükülən körpələr



İlqar Rəsul yazır


- Allah yolunda bir nəzir verin!
 
Bunu səhər işə gələndə qucağında südəmər üşaq yolun kənarında oturmuş təxminən yetmiş yaşlarında dilənçi bir arvad dedi...
 
- Ay arvad, bu uşağı nə vaxt doğdun? O gün birini böyütmədin sən? Bu qədər sürətlə necə çatdırırsan?!
 
Bunu da ayaq saxlayaraq həmin dilənçi arvadın qarşısında dayanıb sualı sual dalınca verən sarışın, “od-alov” bir qadın dedi...
 
Bunu da mən deyirəm:
 
Elə körpələr var ki, onlar bu dünyaya doğulmurlar, bu dünyaya ölürlər. Onlar elə doğulan kimi bələnib dilənçi qucağında pul yığmağa gedən uşaqlardı. Onlar öz sahiblərinə bələkdə olduqları sürə gərəklidirlər. Bələkdən sonra heç nəyə və heç kimə yaramırlar yəni. Bələkdən sonra yox olur o uşaqlar. Hara və necə? Bunu bilmirəm. Bəlkə kiminsə böyrəyinə çevrilirlər, bəlkə kiminsə qara ciyərinə, bəlkə hətta kiminsə də ürəyinə...
 
Onların bələyi əslində kəfəndir. Doğulan kimi bələyə yox, kəfənə bükülürlər yəni. Çünki onlar da ölü kəfəndə sakitcə uyuyan kimi daim öz bələklərinin içində yatırlar. Çünki yatmalıdırlar. Oyaq heç kimə lazım deyillər onlar. Nə diləndirənlərə, nə dilənənlərə, nə də dilənənlərə qəpik-quruş verib dilənçiliyi yaşadanlara...
 
Oyanmaq olmaz onlara. Ən azı günün hamı oyaq olan vaxtı oyanmaq olmaz. Oyanmırlar da. Amma bu qədər yatmaq da olmaz. Amma necəsə yatırlar. Necə? Nəyin hesabına?! Bilmirəm...  
 
Onlar bu kəfəni heç vaxt deşib çıxmırlar. Sadəcə yatırlar. Bəlkə də çürüyənədək. Belə qucaqlar torpaqdan tez çürütmüş olsun gərək insanı... Onların bələyi çox güman ki, altlarının təmizlənməsi üçün gündə bir dəfə açılır, o da kim bilir nə gündə.
Başqa körpələrdən fərqli olaraq bütün günü qucaqda olmaq xoşbəxtliyi yazılıb onların bəxtinə. Amma nə yazıqlar ki, sevilmək yox... Və dediyim kimi bələkdən sonra yoxdular onlar. Bələk var, amma onlar yoxdular. Elə ki, bələyi yırtıb çıxdılar, onların yerlərini başqa südəmərlər tutur...
 
Bilmirəm, bu yetmiş yaşlı arvad o bələyi gəzdirən neçənci dilənçidir. Bilmirəm, o südəmər o bələkdə yatan neçənci körpədi. Amma bilirəm ki, o uşaq da, o arvad da o bələk üçün nə birinci, nə də axırıncıdırlar. Və nə qədər ki dilənçi qucağında uyuyan körpələrə mərhəmətimiz sadəcə bir neçə qəpiklikdi, hətta uşaqlığı olmayan qoca qarıların da hər altı aydan bir uşaq doğmaq həvəsi olacaq. O da evində yaşatmaq üçün yox, yol qırağında yatırtmaq üçün...(lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar