Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəlbəcər girovlarını qaytarmaq şansı



Hələ ki, Ağdam səmasında vurulan vertolyot olayından ciddi hadisə yoxdur bizim üçün...


Ancaq bu hadisədən sonra biz əvvəlkindən onqat ayıq olmalıyıq. Unutmayaq ki, düşmən ötən illər boyu bizə çox acılar yaşadıb, Qərbi Azərbaycan müsibətləri, Qarabağda baş verənlər, Xocalı soyqırımı, daha nələr...

Düz 23 il əvvəl 20 noyabrda Qarakənd yaxınlığında Mİ-8 vertolyotunu vurdular, Xankəndinə sülhməramlı missiya ilə səfər edən 22 nəfər - Milli Məclisin deputatı, dövlət xadimləri, hökumət nümayəndələri, jurnalistlər, hərbçilər həlak oldu. 1992-ci ilin 28 yanvarında Ağdam-Şuşa mülki vertolyotunun vurulmasını, əksəriyyəti qadın və uşaq olan 41 nəfərin, 3 ekipaj üzvünün həlak olmasını unutmamışıq. 

Erməni politoloq Levon Şirinyan “Azərbaycanı cəzalandırmaq üçün bu ölkənin kommunikasiyalarına zərbə endirilsin” deyib. Düşmən hər cür şərəfsizliyə əl ata bilər. Unutmayaq ki, Bakı 30 mindən çox erməninin yaşadığı şəhərdir. 1994-cü ilin 19 martında və 3 iyulunda Bakı metropolitenində törədilən teraktlar da faktdır. 1992-ci ilin 8 yanvarında “Krasnovodsk-Bakı” sərnişin bərəsini partladan, 25 nəfərin ölümünə, 88 nəfərin yaralanmasına bais olan da erməni terrorçuları idi. Azərbaycan adına nə varsa, bu günlər daha möhkəm qorunmalıdır.

Ermənistan tərəf  Azərbaycan tərəfindən vurulan helikopterin üç pilotunun cəsədlərinin qaytarılması məsələsində vasitəçi qismində çıxış etmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib. Separatçıların “müdafiə ordusunun” komandiri Akopyan deyib ki, helikopter cəbhə xətti yaxınlığında vurulduğuna görə, Ermənistan tərəfi cəsədləri götürə bilmir. 

Torpağıma bomba yağdıran şərəfsizlərin cəsədlərinə dəf olunmaq haram edilməlidir. Məncə, Azərbaycan tərəfi bu dəfə ürəyinə daş bağlamalı, heç bir humanizm-filan nağıllarına məhəl qoymamalıdır. Söhbət beynəlxalq konvensiyalardan gedirsə, birinci buna Ermənistan əməl etsin. Azərbaycan Xocalı aeroportu ilə bağlı təxribatlara start veriləndə bəyan etmişdi ki, hava məkanına qanunsuz daxil olan obyektlər dərhal məhv ediləcək. Artıq siftə var, məhv edilib. Bu prinsipiallığın davamı da gəlməlidir.  Bu arada erməni mediası “silahsız” dedikləri vertolyotun Ağdam xarabalıqlarına mərmi yağdırdığı videokadrları yaymaqla əslində faydamıza işlədi. 
Ali Baş Komandanın məhz bu hadisənin ardınca cəbhə bölgəsinə səfər edərək silahlı qüvvələrimizin bundan sonra da düşmənin hər hansı bir təxribatına layiqli cavab veriləcəyini bəyan etməsi tam yerinə düşdü. Rəsmi Bakı beynəlxalq təşkilatların çağırışlarının qarşısında  doğru arqumentlə çıxış edir: “Erməni vertolyotunun Ağdam üzərində nə işi vardı ki, vurulsun?!” Hücum diplomatiyası davam etdirilməlidir. Eyni zamanda vertolyotun qalıqlarına baxış keçirmək istəyən ATƏT-in şəxsi nümayəndəsi Anji Kasprşikə sual edilməlidir: “Cənab Kasprşik, nədən ötən 4 ayda bir dəfə də olsun Xankəndindəki Kəlbəcər girovlarına baş çəkmək ağlına gəlmədiyi halda, indi erməni terrorçularının cəsədlərinə baxmaq istəyirsən?!” 

Həmçinin bu məsələdə vasitəçi olan Beynəlxalq Qızıl Xaç Komitəsinin cəsədlərin götürülməsinə imkan yaradılması barədə xahişinə “YOX” deyilməlidir. Cəsədlər bir şərtlə götürülə bilər: Xankəndində qanunsuz “mühakimə” edilən Dilqəm Əsgərov və Şahbaz Quliyev qaytarılan gün!!! Biz Kəlbəcərdə qətlə yetirilən cəbrayıllı qardaşımız Həsən Həsənovun meyitinin aylarla düşmən tapdağında qaldığını unutmamışıq. Elə isə cəsədləri qaytarmağa tələsməyək. Qoy beynəlxalq təşkilatlar 2 vətəndaşımızı bizə qaytarsın, əvəzində cəsədlərini götürsünlər... 

Akif Nağı və Qarabağ Azadlıq Təşkilatı girovlarla bağlı beynəlxalq təşkilatları hərəkətə gətirmək üçün aclıq aksiyasına başlayıb. Eşq olsun, girovlarımızın qaytarılması üçün bütün mümkün vasitələrdən istifadə etməliyik. Ancaq inanmıram ki, bizim ac-susuz qalmağımız tut arağına öyrəncəli həmsədrləri təsirləndirəcək. Erməninin burnu qanayanda dərhal reaksiya verən Amerika və Avropa Xankəndində girov saxlanılanların taleyinə biganə qalıb. 

Vurulan vertolyot bizim girovları qaytarmaq üçün şansımızdır. Azərbaycan cəsədlərin götürülməsinə imkan verməsə, erməni ictimaiyyəti də günahsız Kəlbəcər girovlarını qaytarmaq üçün Sərkisyana təzyiq edəcək. Üstəlik də, erməninin ən böyük dayağının başı özünə qarışıb, heç vertolyot olayına da reaksiya verə bilmədi, rus ayısını “qış yuxusu” basıb. Şansımızı dəyərləndirək! (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar