Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəlbəcər girovlarının durumu pisləşib


“Kəlbəcərdə girov düşən vətəndaşlarınmızın hüquqları kobud şəkildə pozulur. Onların vəziyyəti hazırda yaxşı deyil”


Ans press-in məlumatına görə, bunu AR Vəkillər Kollogiyası Reyəsət heyətinin üzvü və “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İB-nin sədri Anar Bağırov bu gün keçirilən mətbuat konfransında deyib. 

O bildirib ki, Ermənilərin məqsədi tamam başqadır:

“Onlar iddia edirlər ki, guya soydaşlarımız sərhədləri pozurlar. Onda sual olunur ki, söhbət hansı sərhəddən gedir. Bütün dünya üzrə Azərbaycan sərhədləri tanınır. Qanunvericiləyə əsasən hər bir vətəndaş ölkədə sərbəst hərəkət etmək hüququna malikdir. Niyə görə, Ermənistan beynəlxaql hüquq normalarını pozur? Bizim soydaşlarımız diversant adlandırılır. Onlar bu sözün mənasını heç bilmirlər. Onların saxta məhkəməsində belə girovlara diversiya ittihamı irəli sürülməyib. Ermənilərin məqsədi tamam başqadır. Onlar bilir ki Azərbaycan vətəndaşları öz hüquqlarından istifadə edirlər”. 

A.Bağırov xatırladıb ki, Dilqəm Əsgərov dəfələrlə Qarabağda, öz kəndində olub və yaxınlarının qəbrini ziyarət edib. “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İB-nin sədri qeyd edib ki, bu onun ən təbii haqqıdır: “Girovlarımızın müdafiəsi üçün ən etibarlı yol Beynəlxalq İnsan Hüquqları Məhkəməsidir. Biz BİHM-ə müraciət edərkən foto və yazılı materiallardan istifadə etmişik. Avropa Konvensiyasının bir sıra maddələrini kobud şəkildə pozur. Ermənilər öz qurduqları tələyə özləri düşüblər. Onların hüquqdan başa düşən hər bir şəxsi Ermənistanın səhv yolda olduğunu dərk edirlər. Beynəlxalq təşkilatlara müraciət etmək də bizim məqsədlərimizə uyğundur. Biz istəyirik ki, girov tutulan soydaşlarımız azadlığa buraxılsınlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar