Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəlbəcərdə öldürülən girovun ailəsinə verilən evi geri aldılar


İşğal altındakı Kəlbəcər rayonunda erməni silahlıları tərəfindən öldürülən Həsən Həsənovun ailəsinə verilən ev Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən geri alınıb


PİA.AZ xəbər verir ki, bu haqda modern.az-a Həsən Həsənovun qardaşı Nail Həsənov məlumat verib.

O deyib ki, Həsənin ailəsinə ev "Dövlətqaçqınkom"un sədri Əli Həsənov tərəfindən verilmişdi:

"Evi Həsənin ailəsinə Müşviqabad qəsəbəsində salınmış yeni şəhərcikdən vermişdilər. Dilqəm və Şahbazın ailəsi ilə bir qonşuluqda. Hətta evin orderinə kimi təqdim etmişdilər. Biz cənab Əli Həsənovun dəfələrlə mətbuatda həmin ailələrin öz istəklərinə uyğun yerdən evlə təmin olunacaqları barədə sözlərini əsas tutaraq, həmin mənzilin Mehdiabaddakı şəhərciyə dəyişdirilməsini xahiş etdik. Çünki Həsənin 2 qızı və yoldaşı orada tək yaşaya bilməzdilər. Mehdiabadda yaxınlarımız, qohumlarımız var. Təəssüf ki, "Dövlətqaçqınkom" Həsənin ailəsini nəinki evlə təmin etdi, hətta onun ailəsinə Müşviqabad qəsəbəsindən verilmiş mənzilin başqasına verildiyini söylədilər".

Komitədən mənzilin boş qalmasını əsas gətirərək, başqa birinə verildiyi açıqlanıb:

"Biz dəfələrlə müraciət etsək də, heç olmasa Müşviqabad qəsəbəsindəki evi götürmək istədiyimizi söyləsək də, heç nə alınmır. Sadəcə olaraq bizə deyilir ki, gözləyin. Nəyi gözləyək, kimi gözləyək - bilmirik.

"Dövlətqaçqınkom"dan deyirlər ki, "biz gördük ki, ev 4-5 aydır boş qalıb, köçən yoxdu, onu başqasına verdik". Cənab Əli Həsənov dəfələrlə mətbuatdakı çıxışlarında deyib ki, həmin şəxslərin ailələrinin öz istəklərinə uyğun yerdən evlə təmin olunmasını şəxsən prezidentimiz İlham Əliyev tapşırıb. Bəs niyə həmin ailələr öz istəklərinə uyğun yerdən mənzillə təmin olunmadılar?"
 
Xatırladaq ki, 2015-ci ilin noyabrında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bəzi məcburi köçkünlərə evlərinin onlardan geri alınacağı ilə bağlı xəbərdarlıq etmişdi. Xəbərdarlıq bir neçə yerdə evi ola-ola, məcburi köçkünlər üçün salınan qəsəbələrdə də qeydiyyata düşənlərə şamil edilirdi. Bildirilirdi ki, vətəndaşlar 10 gün müddətində həmin mənzillərdə yaşayışı təmin etməsələr və yaxud təhvil verməsələr, onların yemək xərci müavinətləri, kommunal xidmətlərə (elektrik enerjisi, qaz, su) görə ödənişləri müvəqqəti dayandırılacaq. Amma bu qərarın Dağlıq Qarabağda girov düşən və orada ölən şəxslərin ailələrinə şamil edildiyi qeyd olunmamışdı.
 
Qeyd edək ki, 2014-cü il iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Cəbrayıl sakini Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyidi düşməndən alınaraq Bakıda dəfn edilib. 
İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar