Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəlbəcərin icra başçısı külli miqdarda rüşvətdə ittiham olunur


Rayon sakini Əli Bayramov: “Aqil Məhərrəmov pulu aldıqca yuxarıdakıların ünvanına elə hey asıb-kəsir, söyüş söyməkdən belə çəkinmirdi”


Kəlbəcər köçkünü Əli Bayramov rayonun icra başçısı Aqil Məhərrəmovu ondan külli miqdarda rüşvət almaqda ittiham edir. 

O iddia edir ki, başçı rüşvət kimi aldığı pulu qaytarmamaq üçün oğlu Qalib Bayramovun həbsinə nail olmaq və bununla onu puldan imtinaya məcbur etməyə çalışır. Redaksiyamıza təşrif buyuran Ə.Bayramov deyib ki, icra başçısı onu aldadıb pulunu əlindən alana qədər köçkün rayon sakinləri arasında imkanlı şəxslərdən hesab olunub.

Hazırda isə çörək almağa belə pul tapmır. Bildirir ki, hazırkı duruma onu icra başçısı Aqil Məhərrəmov salıb. 

Ə.Bayramov prezident İlham Əliyevə, millət vəkili Mehriban xanım Əliyevaya, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevə, baş prokuror Zakir Qaralova, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə, milli təhlükəsizlik naziri Eldar Mahmudova, millət vəkili Cavid Qurbanova ünvanladığı məktubu redaksiyamıza təqdim edib. Həmin məktubda Ə.Bayramov yazır: “Oğlum Qalib Bayramov 2006-cı ilin oktyabrında Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon şöbəsində məsləhətçi kimi işə başlayıb. İşlədiyi müddətdə heç bir hüquq pozuntusuna yol verməyib. Yaxşı işinə və yerli kadr olduğuna görə Elşən Əlizadə tərəfindən daim irəli çəkilib, hazırda isə həbs olunmaq təhlükəsi ilə üz-üzədir. 

Bunu yaradan səbəblər isə aşağıdakılardır: DSMF-nin Kəlbəcər rayon şöbəsinin müdiri 2013-cü ilin sentyabr ayında dünyasını dəyişdi. Boş qalan həmin vəzifəyə ən real namizəd mənim oğlum idi. Bu barədə yerli camaat da söhbət edirdi, rayonun rəhbərliyi səviyyəsində də danışılmışdı. Bu ürək açan, hər bir atanı sevindirə biləcək xəbəri eşitmək mənim üçün qürurverici idi. Bu xəbərlər dolaşan vaxt günlərin birində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məhərrəmov məni qəbuluna çağırdı. Aqil müəllim məni mehriban qəbul edib oğlum haqda xoş sözlər söyləməsi deyilənləri təsdiq etdi. Oğlumun DSMF-nin Kəlbəcər rayon şöbəsinə müdir təyin edilməsinin reallığına tam əmin oldum. Bunun üçün nələr etmək lazım olduğunu Aqil müəllimdən soruşdum. Məni ”başa" saldı, bildirdi ki, yuxarılardakıları razı salmaq, oğlumun təsdiqi üçün “nəsə” etməlisən. 



Mən bu “nəsə”nin nə qədər olacağını soruşdum. Aqil müəllim məndən 90 min manat gərək olduğun bildirdi. “Fikirləşərəm” deyib Aqil müəllimin qəbulundan çıxdım. Bütün əmlakım gözüm önünə gəldi. İstənilən məbləğ də az deyildi. Bir neçə günün içində 70 min manat düzəldib başçısı Aqil Məhərrəmovun qəbuluna gəldim. Gətirdiyim 70 min manatı Aqil müəllimə verdim. 

Aqil müəllim pulun azlığından şikayət edib qalanının da tezliklə çatdırılmasını tapşırdı. Bu minvalla Aqil müəllim hər 5-10 gündən bir mənə qalığın çatdırılmasını, bir az da üstünün düzəldilməsinı tapşırırdı. Birinci dəfə istənilən 90 min manatın qalığı 20  min manatı aparanda evdə də 10 min manat saxlamışdım. Aqil müəllim narazılıq edəndə 10 min manat da gətirə biləcəyimi deyib, icazə alıb çıxdım. Aqil müəllimə bu pulu da gətirib verib, vaxt-vədəni gözləməyə başladım. Bir müddətdən sonra Aqil Məhərrəmov məni qəbuluna çağırtdırıb hər şeyin həll olunduğunu, yuxarılardan kiminsə iştahasının böyük olduğundan əmrin gecikdiyini söylədi.

Buna görə 50 min manat da gətirməyi söylədi. Hər dəfə Aqil müəllim pulu aldıqca yuxarıdakıların ünvanına elə hey asıb-kəsir, söyüş söyməkdən belə çəkinmirdi. Bir neçə gündən sonra deyilən 50 min manatı da Aqil Məhərrəmova çatdırdım. Bir müddətdən sonra eşitdim ki, Gürcüstanda şübhəli ali məktəbə qəbul olunan, sonradan Gəncədəki ali məktəblərin birində təhsil almış Elşən Əlizadə adlı biri DSMF-nun Kəlbəcər Rayon Şöbəsinə müdir təyin olunub. Bu barədə Aqil Məhərrəmova danışdım, məsələnin niyə bu cür alınmasını soruşdum. Aqil müəllim məni arxayın etdi ki, bu müvəqqətidir. Bu yandan da təzə müdir Elşən Əlizadə oğluma bildirib ki, bu yer sənlikdir, mən müvəqqəti bura təyin olunmuşam. Oğlumsa öz yeni müdirinə bildirib ki, mənim heç o yerdə gözüm yoxdur, əl-ələ verək işləyək. Prosesin bu cür aldadıcı manevri məni bir az sakitləşdirdi".

Məktub müəllifi yazır ki, sonradan bilib ki, bu oğluna cinayət işi başlanılması üçün bir oyun olub: “Verdiyim 150 min manatın istənilməməsi üçün yeni müdir oğlumun işlədiyi dövr ərzində pensiya təyinatı üçün sənədlərini hazırladığı şəxslərin işlərini təftiş etdirib, onların pensiyasını dayandırmaqla, oğlumun əleyhinə ərizələr toplayırmış. Bir gün məni çağırıb oğlum haqda topladığı sənədləri göstərdi, bunları rayon prokurorluğuna göndərəcəyini bildirdi. Bunun prokurorluğa göndərilməməsi üçün məndən 100 min manat pul istədi. 

Mən əlimdə, ovcumda olan, bütün malımı, mülkümü satıb icra başçısı Aqil Məhərrəmova verdiyimi səmimi ona danışdım. Elşən Əlizadə elə oradaca mənə bildirdi ki, bəs onda niyə Aqil Məhərrəmov ona bu sənədlərin toplanıb prokurorluğa verilməsin tələb edib? Bu sual qarşısında aciz qaldım. Aqil Məhərrəmovun qəbuluna getdim. Lakin məni qəbula buraxmadılar. Elşən Əlizadə isə məsələni tezliklə həll etməsəm, sənədləri prokurorluğa verəcəyi ilə məni təhdid etdi. Məcburiyyət qarşısında qalıb ailə üzvlərimin, yaxın qohum və tanışların adına banklardan kredit götürüb 80 min manat düzəldib DSMF-nun Kəlbəcər rayon şöbəsinin müdiri Elşən Əlizadəyə verdim. Lakin bir gün Elşən Əlizadə oğluma bildirdi ki, DSMF-nin müdiri Elman Mehdiyev şəxsən özü tapşırıb ki, adı prokurorluqda hallanan işçinin mənim idarəmdə qalması yol verilməzdir. Mən işi prokurorluğa göndərib səni də işdən azad edəcəm. Mən bu proseslər zamanı Mehriban Əliyevayaya, Baş Prokurorluğa məktub yazıb, teleqramın vurmuşdum. Buna görə də Respublika Prokurorluğunda izahatım alınıb, dindirilmişdim. Verdiyim pulların qaytarılması üçün cəhd etdikcə ailəmə təhdidlər artırdı. 

Oğlumun həbs ediləcəyi, öldürüləcəyi təhdidləri ara vermirdi. Lakin yenə işin sakit həll olunması üçün istənilən məbləği ödəməyə belə gedirdim ki, təki sakitlik olsun, Aqil Məhərrəmova verdiyim pulu geri alım. Bütün bunlardan sonra dövriyyəyə rayon prokuroru Ariz müəllim buraxıldı. Ariz müəllimə 90 min manat pul verdim ki, sakit olsunlar. Lakin bunlar məndən əl çəkmədilər. Bu işlə bağlı 300 min manatdan yuxarı xərcim çıxıb”. 

Məktub müəllifi səlahiyyət sahiblərinə müraciətində yazır ki, ondan rüşvət şəklində alınan pulları əmlaklarını, 600 baş qoyunu, 30 baş inəyi, 3 atı, 2 avtomobili, 1 ət mağazasını,  bütün şəraiti olan evini satmaqla, 30 nəfərdən çox qohum, qonşu, dost-tanış adına müxtəlif banklardan hər birinin adına götürdüyü kreditlər hesabına toplayaraq verib: “Bu özbaşınalığa son qoyulması, mənə dəymiş ziyanın ödənilməsi, bu hadisələri başıma gətirənlərə qarşı cinayət işinin başlanmasını xahiş edirəm”. 

Ə.Bayramov adlarına kredit götürdüyü yaxınlarının ad-soyadları olan siyahıları da təqdim edib. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar