Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəmaləddin Heydərov FHN-i xüsusi rejimə keçirir


Fövqəladə Hallar Nazirliyi (FHN) Avropa Oyunlari zamani baş verə biləcək istənilən hadisələrin qarşısını almaq üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək


Bu məqsədlə nazirliyinin bütün sturukturları da tam hazırlıq səviyyəsinə gətirilib. 

Əlbəttə ki, bu hazırlıqlarda və təhlükəsizliyin təminində qurumun Xüsusi Riskli Xilasetmə xidmətinin üzərinə də çox böyük iş düşür. İdman yarışlarının keçiriləcəyi ərazilər də daxil olmaqla bütün qərargahlar 24 saat müddətində fasiləsiz işləyəcək. Qabaqlayıcı tədbirlərin görülməsi barədə dərhal qərargaha məlumat ötürüləcək ki, bu da baş verə biləcək hadisələrin vaxtında qarşısının alınmasına xidmət edəcək.

FHN-in rəsmisi Kür Səfərəliyev bildirib ki, FHN-in xilasediciləri idman keçiriləcək arenalarada yerləşdiriləcək və lazım gələrsə insanların köməyinə çatacaqlar.

Təhlükəsizliyin təmin edilməsi üçün idman arenaları insan və texniki vasitələrlə yanaşı xüsusi təlim görmüş itlərin vasitəsi ilə də qorunacaq. Bu məqsədlə irimiqyaslı idman yarışları keçirmiş bir çox ölkələrin mülki təhlükəsizlik tədbirləri təhlil edilib. Həmçinin baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması ilə bağlı 14 istiqamət üzrə xüsusi planlar tərtib edilib.

Kür Səfərəliyev onu da qeyd etdi ki, FHN-in əməkdaşları artıq yerlərlə tanış olub və görəcəkləri işlər haqqında təlimatlandırılıb.

Qonaqların qaldığı otellerdə də monitorinqlər aparılıb. Onların texniki personalı gündəlik təlimlərə cəlb edilib. Bu otellərdə nazirliyin canlı qüvvə və texnikası da keşik çəkəcək.

Avarçəkmə yarışlarının keçiriləcəyi Mingəçevir şəhərində isə nazirlyin regional bölməsi fəaliyyət göstərəcək. Buradakı xilasedici dəstələr də artıq hazırlıq vəziyyətinə gətirilib. Ümumiyyətlə, I Avropa Oyunları zamanı kimliyindən asılı olmayaraq hər bir insan fövqaladə vəziyyətlərlə bağlı “112” və “101” qanyar xəttinə müraciət edə bilər. Bu xidmətlərə Azərbaycan, ingilis, rus dillərində müraciətlər oluna bilər. Bu müraciətlər operativ şəkildə cavablandırılacaq və ya lazım gələrsə, digər orqanlara- səhiyyə və polisə yönəldiləcək.

Xatırladaq ki, Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovdur.(ans tv)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar